Dövlət sığınacaqlarında sosial xidmətin təşkili qaydasında DƏYİŞİKLİK

Dövlət sığınacaqlarında sosial xidmətin təşkili qaydasında DƏYİŞİKLİKNazirlər Kabinetinin "Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası"nda dəyişiklik edilib.

Sonxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində sosial xidmətin göstərilməsi "Sosial xidmət haqqında" qanuna əsasən tənzimlənəcək.

Müəssisəyə qəbul Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası"na uyğun olaraq aparılacaq.

Həmçinin qərarla müəssisədə sosial xidmətin təşkili qaydası da dəyişib.

Yetkinlik yaşına çatmayanlara müəssisədə aşağıdakı xidmətlər göstəriləcək:

- sığınacaqlara qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun yaşayış yeri ilə təmin edilməsi, onların normal inkişafı üçün şərait yaradılması, şəxslərin pulsuz yemək, geyim, yataq dəstləri, həmçinin zəruri mebel, avadanlıq və ləvazimatlarla təmin olunması;

-mərkəzlərə qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun şəraitdə yerləşdirilməsi, onların normal inkişafı üçün şərait yaradılması, pulsuz yemək və geyimlə təmin edilməsi;

- şəxslərin ilkin tibbi müayinəsi, onlara ilkin tibbi yardımın göstərilməsi və həkim rəyinə əsasən dərman vasitələri ilə, həmçinin xəstəliyi müəyyən edilmiş şəxslərin ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilməsinin təmin edilməsi;

- şəxslərə sosial xidmətin göstərilməsi və onların sosial reabilitasiyasının təşkili məqsədilə sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatın və şəxsə sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması, onlara əsasən sosial xidmətin təşkili;

- şəxslərin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi, onların depressiya və inkişafa maneə olan psixi pozuntu vəziyyətindən çıxarılması, yaş göstəriciləri, yaradıcılıq, intellektual və fiziki imkanlarına uyğun olaraq psixoloji yardım göstərilməsi;

- şəxslərin təhsil səviyyəsinin müəyyənləşdirilməsi, onların fiziki və əqli imkanlarına uyğun təhsil almalarına köməklik göstərilməsi məqsədilə müvafiq təhsil müəssisələrinə müraciət edilməsi və bu istiqamətdə təhsil müəssisələri ilə birgə tədbirlərin təşkili;

- şəxslərə sosial-pedaqoji xidmətlərin göstərilməsi;

- şəxslərin emosional vəziyyətinə və davranışına nəzarət edilməsi;

- şəxslərin məişətdə və ictimai yerlərdə davranış qaydalarına riayət etməsi, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılmasına köməklik göstərilməsi;

-şəxslərin dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili;

-şəxslərin sadə əmək vərdişlərinə və müxtəlif peşələrə yiyələnmələrinə köməklik göstərilməsi, müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, peşə meyillərinin aşkar edilməsi, peşəyönümünə dair məsləhətlərin verilməsi, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanlarının yaradılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi vasitəsilə işlə təmin olunması və ya peşə hazırlığı kurslarına cəlb edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;

-şəxslərin mədəni-asudə vaxtının səmərəli təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;

-şəxslərin hüquq və mənafelərinin müdafiəsi məqsədilə onlara hüquqi yardım göstərilməsi;

- kimsəsiz uşaqların yaşayış yerinin müəyyənləş- dirilməsi, həmçinin sənədlərinin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, təhsili və işlə təmin olunması üçün lazım olan sənədlər) əldə edilməsinə köməklik göstərilməsi;

- şəxslərin ailələri ilə görüşmələrinin və telefon vasitəsilə əlaqə saxlamalarının təmin edilməsi;

-ailə məsləhət xidməti:

- şəxslərin reabilitasiya proqramlarının həyata keçirilməsində ailənin və ya qanuni nümayəndələrinin fəal iştirakının təmin edilməsi, həmçinin şəxslərin və ailələrinin psixososial reabilitasiyası üzrə kompleks tədbirlərin həyata keçirilməsi;

- sosial təhlükəli vəziyyətdə olan ailələrə psixo-korreksiya yardımı etməklə, şəxslərin ailə mühitinə qaytarılmasına köməklik göstərilməsi;

- şəxslərin və ailələrinin sosial mühitə uyğunlaşmasına və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi;

- şəxslərin baxımsızlığına səbəb olan hallara münasibətdə ailələrin hüquqi problemlərinin həllinə köməklik göstərilməsi;

- şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi ilə əlaqədar ailə ilə maarifləndirici söhbətlər aparılması və ailəyə müvafiq məsləhətlər verilməsi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 820   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr