"Həmin o sovet ordusu bizim "anamızı ağladıb""- 23 fevral barədə deputatdan AÇIQLAMA
Bu gün ölkəmizdə bəziləri 23 fevralı "kişilər bayramı" kimi qeyd edirlər. Lakin bir çoxları bu günün bizimlə heç bir əlaqəsi olmadığını vurğulayırlar.
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Aqil Abbas açıqlama verib.
O, bu günü heç sovet dönəmində də qeyd etmədiyini bildirib:
"Bu bayramın bizlərə aidiyyəti olmadığına dair lazımi dəlillər gətirilsə də, kişiləri təbrik edən, bəylərinə hədiyyə alan xanımlarımız hələ də az deyil.
Mən heç vaxt 23 fevralı qeyd etməmişəm. Nə o vaxt, nə də indi bu günü bayram bilməmişəm. Deyirlər, güya "kişilər bayramıdır", bu münasibətlə də qadınlar bəyləri təbrik edirlər.
Halbuki bu gün əslində sovet ordusunun yaranması günüdür. Həmin o sovet ordusu bizim "anamızı ağladıb". O bayramı necə qeyd edək axı?!
Xanımlar öz bəyləri üçün hədiyyə alırlar. Alsınlar. Nə deyə bilərik? Pulları var, alırlar (gülür).
Amma bir ordu ki, dinc əhaliyə zülm edə, ona görə nə bayram?! Şəxsən mən heç vaxt qeyd etmərəm.
Amma 9 mayı qeyd edirəm. Çünki o tarix böyük bir müharibənin bitdiyi gündür. O müharibədə 400 minə yaxın Azərbaycanlı şəhid olub. Mənim polkovnik əmim də həmin döyüşlərdə şəhid olanlardan biridir.
Ümumiyyətlə, müharibəninin bitdiyi hər gün bayramdır! Ümid edirəm, bir daha müharibə yaşamarıq!"
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2167 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr