Bir neçə ay nazir olan "Qara Tofiq" necə həbsə düşdü? - UNUDULAN MƏMURLAR
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə ən çox ləqəbi ilə - "Qara Tofiq" kimi tanınan sabiq Kənd Təsərrüfatı naziri Tofiq Hüseynlidən bəhs edəcəyik.
Tofiq Hüseynli 30 mart 1952-ci ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O, Politexnik institutunun Texnologiya fakültəsini bitirib.
Tofiq Hüseynli Tovuz rayon İstehsalat Kombinatında Texniki-Nəzarət şöbəsinin rəisi, Texniki Peşə Məktəbində Tədris İstehsalat işləri üzrə direktor müavini, Tovuz rayon İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.
O, 1992-ci ildə Şəmkir rayon icra Hakimiyyətinin başçısı, 4 mart 1993-cü ildə isə Kənd Təsərrüfatı naziri təyin edilib. Bir neçə ay nazir olan Tofiq Hüseynli həmin ilin iyun ayında qərb bölgəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
Tofiq Hüseynli 25 mart 1994-cü ildə qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək həbs olunub. O, 18 yanvar 1995-ci ildə isə azadlığa buraxılıb.
Qara Tofiqin yaxın dostu Ehtiram İlham onun haqqında deyir:
"Tofiq bəy 5 ildən çoxdur ki, İsveçrədə yaşayır. Bildiyim qədəri ilə tezliklə qayıtmalıdır. Orada xüsusi bir işlə məşğul olmur, sadəcə yaşayır. Bu yaxınlarda səhhətində bir az problemlər yaranmışdı. Çox şükür ki, indi yaxşıdı. Martın 30-da 70 yaşı tamam olacaq".
Tofiq Hüseynli hazırda İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1594 Tarix: 23 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə saat 11-dən səhər 7-dək bu prospektlər bağlı olacaq - 2 gün
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin Ümumdünya Şəhərsalma Forumu XII Sessiyası (WUF13) ilə əlaqədar hazırlıq işləri çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu istiqamətdə yol örtüyünün istisma
9 aprelBəzi ərazilərə LEYSAN, QAR yağacaq
Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qa
8 aprelZamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
8 aprel"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"
Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı
9 aprelAzərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlandı
Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Həmçinin bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zama
9 aprelQısqanclıq haradək "normal" sayılır? - AÇIQLAMA
Münasibətlərdə qısqanclıq çox zaman sevginin göstəricisi kimi dəyərləndirilir, lakin hər zaman bu davranış sağlam hesab edilə bilməz. İnsanların bir-birinə qarşı müəyyən səviyyədə qısqanclıq hissi olması normaldır, ancaq bu hissin ölçüsü və tezliyi münasibətin keyfiyyətinə ciddi təsir göstərə bilər
9 aprelÇobanzadə küçəsində yol çökdü, böyük çuxur yarandı - Video
İntensiv yağışlar Bakının küçə və prospektlərində problemlər yaratmaqda davam edir. "Qafqazinfo" xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində - "Saphire" şadlıq evinin qarşısında yolun hərəkət hissəsində böyük çuxur yaranıb. Bu səbəbdən həmin ərazi lentlə əhatəyə alınıb
8 aprel