Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik

Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirikİndi su içdiyiniz butulka sabah meyvə-tərəvəz yuduğunuz ləyən, hətta oturacaq formasında qarşınıza çıxacaq. Bir qədər sonra isə onun üstündən yeriyib keçəcəksiniz. Necə ? Elə bu yazıda sizə onlardan bəhs edəcəyik.

Təkrar emal prosesini başa düşmək olduqca vacibdir. Ancaq insanlarda bu məsələ ilə bağlı bir sıra səhv fikirlər və boşluqlar mövcuddur. Bəs, insanlara tullantıları çeşidləməyə dair hansı yanlış fikirlər mane olur ?

Lent.az bununla bağlı bir neçə məqamı sizə təqdim edir:
1. Azərbaycanın iri şəhərlərində artıq bir neçə ildir ki, zibilin ayrı-ayrı yığılması üçün konteynerlər var. Məsələn, salfeti "Kağız" yazısı olan bölməyə atmaq çətin deyil, lakin ev tullantıları ilə nə etməliyik ?

Çalışdığımız qədər bir çox şeydən, məsələn, plastik butulkalardan imtina etmək lazımdır.
Konteynerdən zibili əl ilə seçmirlər, ona görə də qida tullantıları, plastmas və sim parçaları emal cihazına düşür, onu çirkləndirir, mexanizmləri qırır və emal müəssisələrin əməkdaşları üçün təhlükə yaradır. Bu problemlərə yol verməmək üçün yazılara etinasızlıq göstərmədən tullantıları müvafiq bölmələrə atmaq lazımdır.
Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik2. Ancaq bir materialdan olan zibili təkrar emal etmək mümkündür.

Əslində müasir maşınlar bəzi əşyaları tərkib hissələrinə görə ayırmağa imkan verir. Qablaşdırma istehsalçıları isə məhsulu təkrar emal üçün maksimal dərəcədə yararlı etməyə səy göstərir.
Zibil emal edən zavodların yeni avadanlıqları dəmir tullantıları maqnitlə dartmağa şərait yaradır. Əlbəttə, yenə də, yuxarıda qeyd etdiyimiz kimi, ağıllı mexanizmlərə ümid bəsləyərək, hər şeyi bir konteynerə atmaq məsləhət deyil. Əgər siz tez-tez eyni zibili atırsınızsa, onun tullanılması üçün bölməni səhv salmamağa çalışmalısınız. Buna görə istehsalçıdan qablaşdırmanın tərkibini dəqiqləşdirməlisiniz.
Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik3. Zibilin təkrar emalı kasıb insanları qazancdan məhrum edir ?

İşsizlik problemi müəyyən dərəcədə hər ölkədə var. Bir çox işsizlər zibil qutularında tapdıqları şüşə butulkaları və alüminium məhsulları emal zavodlarından birinə təhvil verərək, çörək pulu qazanır. Onlar həqiqətən küçələrdəki təmizliyə köməklik edirlər və həmin insanlar uzun illər boyu tullantıların təkrar emalında əsas faktorlardan biri idilər. Qeyd edək ki, zibil yığımı ilə məşğul olan insanların 70%-dən çoxu öz tapdıqları tullantıları şəhərdəki təkrar emal sisteminə cavabdeh olan eyni şirkətlərə təhvil verir. Yığıcılar qruplaşıb belə müəssisələrin qeyri-rəsmi əməkdaşına çevrilirlər. Yəni onlar üçün hər hansı bir şəxs və ya şirkətlə rəqabət aparmaq mənasızdır. Ona görə siz zibili ayıraraq tullayanda, onları toplayan insanları gəlirindən məhrum etməyəcəksiniz.
Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik4. Yanlış bildiyimiz məqamlardan biri də odur ki, guya zibili ancaq bir dəfə təkrar emal etmək olur.

İş orasındadır ki, metaldan olan tullantıları və şüşəni praktiki olaraq sonsuzadək təkrar emal etmək mümkündür. Hətta onların bu zaman keyfiyyəti də itmir.
Kağız ilə isə vəziyyət başqadır. Təkrar emal zamanı oduncağın lifləri nazikləşir, yeni vərəqlərin keyfiyyəti pisləşir. Kağız tullantılarını maksimum 7 dəfə təkrar emal etmək mümkündür.

Plastik məmulatların yenidən emalı ondan da az təkrar olunur. İkinci utilizasiyadan sonra ondan ancaq qida məhsulları üçün nəzərdə tutulmamış əşyalar hazırlamaq olar. Üçüncü dəfə emalda tullanılmış plastik butulka ləyənə çevriləcək. Daha sonra oturacağın bir hissəsi olacaq. Dəfələrlə təkrar emaldan sonra onu digər materiallarla qarışdırırlar və asfalt örtüyünə əlavə edirlər.
Evə qayıdan ZİBİLLƏR – Ən çox onlardan istifadə edirik5. Təkrar emal mənasız bir layihədir.

Bu sözü tez-tez eşidirik. Amma təbii ki, bu yanlış düşüncədir.
Təkrar emal zibilxanalarda zibil miqdarını azaltmaqla yanaşı, hava çirklənməsini və bakteriyaların artmasının da qarşısını alır. Əlavə müsbət cəhəti yeni iş yerlərinin yaranmasıdır. Məsələn, ABŞ-da zibil təkrar emalı sənayesi 1,25 milyon adamı işlə təmin edir. Bu, sadəcə dövlət proqramı deyil, həm planetin ekologiyası və əhalinin sağlamlığı üçün faydalı, həm də ölkənin maliyyə sistemi üçün sərfəli olan bütöv bir dinamik şəkildə inkişaf edən innovasiya sahəsidir.
Sonda onu da qeyd edək ki, təkrar emal sənayesi daima müasir innovasiyalarla tamamlanır, mütəxəssislər zibilin dəfələrlə istifadəsi üçün yeni yollar axtarır. Tullantıları çeşidləməyə davam etsək, təbiəti də böyük təhlükədən qorumuş olarıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1648   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr