Azərbaycanda biabırçılıq: "Bacımın otağından səs gəlirdi, pəncərənin altında durdum, lüt bir kişi..."

Azərbaycanda biabırçılıq: "Bacımın otağından səs gəlirdi, pəncərənin altında durdum, lüt bir kişi..."Bərdə rayonunda 1991-ci il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü həmkəndlisi Cabbarı (adlar şərti verilib – red.) öldürüb.

Adil 27 iyul 2021-ci ildə saat 02.30-da yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən evində olduğu zaman təxminən bir həftə əvvəl Rusiya Federasiyasından onlara qonaq gəlmiş bacısı Süsənin onun üçün ayrılmış otaqda həmkəndlisi Cabbarla intim münasibətlərdə olmasından şübhələnib.

Adil Cabbarı öldürmək qərarına gəlib. Bu məqsədlə otağın pəncərəsinin bayır tərəfdən altında gizlənib və Cabbarın otaqdan çıxmasını gözləyib.

Az sonra Cabbarın pəncərədən aşağı tullandığını və evin arxası istiqamətində qaçdığını görüb. O, Cabbara arxa tərəfdən hücum edib, kürək nahiyəsindən ona dörd dəfə bıçaq zərbəsi vurub.

Hadisə yerinə gəlmiş ata-anasının müdaxiləsinə baxmayaraq, Cabbara çoxsaylı zərbələr vurmaqda davam edib. Cabbar aldığı xəsarətdən ölüb.

İstintaq orqanı tərəfindən Adilin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri - atası, anası, arvadı, iki azyaşlı övladı ilə birgə Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı evdə yaşayıb: "Bacım Süsən hadisədən 4-5 gün əvvəl azyaşlı oğlu ilə Rusiyadan Bərdə şəhərinə mənim qaldığım evə qonaq gəldi. Bacımla münasibətlərimiz həmişə yaxşı olub".

"Otaqdan hənirti gəlirdi..."

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 26-da təxminən saat 14.00-da evdə yemək yedikdən sonra Bərdə şəhəri "Qızıl Tac" restoranının yanında yerləşən icarəyə götürdüyü şüşə sexinə gedib:

"Saat 17.00-a kimi işdə oldum. Daha sonra həmkəndlilərim Əlvan, Şirvan və İntiqamla kənddə yerləşən kafedə oturduq. Təxminən saat 1.00-da həmin kafedən çıxıb evə getdim. Evə çatanda təxminən saat 2.30-da arvadımın otağın qapısını bağladığını gördüm. Nə səbəbə qapını bağladığını soruşdum, mənə heç nə demədi. Lakin arvadımın həyəcanlı olduğunu gördüm.

Daha sonra arvadım evdə səs olduğunu dedi. Məndə şübhə oyandı. Bacım Süsənin yaşadığı otağın qapısını itələdim, qapının bağlı olduğunu gördüm. Evin çöl tərəfdən arxa hissəsinə keçdim. Bacımın yatdığı otağın pəncərəsinin qarşında durdum.

Lakin boyum çatmadığı üçün pəncərədən otağın içərisini görə bilmədim. Ancaq otaqdan yavaş səs və hənirti eşitdim".

"Pəncərədən bir kişinin tullandığını gördüm"

Təqsirləndirilən şəxs bildirib ki, otaqda kənar şəxsin olduğundan şübhələnib: "Qıqanclıqdan əsəbləşməyə başladım.Pəncərənin altında olan zirzəminin qapısının önündəki uzun dəmir vinti (dəmir aləti) götürdüm, gözləməyə başladım.

Arvadımın mobil telefonuma zəng etdim. Bacımın yatdığı otağın qapısını döyməsini, evin çöl tərəfdəki və həyətdəki işığı yandırmağı tapşırdım. Atam da evin həyətində çarpayıda yatmışdı. Təxminən 5-10 dəqiqə sonra bacımın yatdığı otağın pəncərəsindən 1 nəfər kişinin çılpaq formada, əynində heç bir paltar olmadan həyətə tullandığını gördüm. Bu zaman bir dəfə dəmir alətlə (vintlə) həmin şəxsə zərbə vurdum. Lakin o, büdrəməyə başlasa da, yerə yıxılmadı. Bir qədər irəli, evin arxa hissəsinə keçdi.

Mən ikinci dəfə yenidən ona dəmir alətlə kürək nahiyəsindən zərbə vurdum. Bir qədər irəlilədikdən sonra yerə yıxıldı. Ona çatan zaman ayağa qalxaraq qaçmaq istədi. Yenidən, 3-cü dəfə belinə vint vasitəsilə zərbə vurdum. Büdrədikdən sonra evimizin arxa hissəsindən kənd qəbirstanlığına doğru qaçmağa başladı. Qəbirstanlığın qapısına çatdıqdan sonra oranın balaca dəmir qapısını aça bilmədi. Ona tərəf yüyürdüm. Çatdığım zaman dedi ki, mənəm, Cabbar. Bədəninə vintlə yenidən daha bir zərbə vurdum".

"Səsimizə atam-anam da gəldi"

Adilin ifadəsinə görə, Cabbar ona tərəf gəlməyə başlayıb: "Ayağım ağacın kökünə ilişdi və yerə yıxıldım. Cabbar da üzərimə gəldi. Yerdə süpürləşdik. Yenə də "mənəm, Cabbaram" - dedi. Cabbarla süpürləşərkən səsimizə atam və anam gəldi. Onlar bizi ayırmağa çalışdılar. Ayağa durduq, əlimdə olan vint yerə düşdü.

Atam Cabbardan burada nə iş gördüyünü soruşdu. Atamla mübahisə etməyə başladı. Sonra atama: "Mənim sizin evinizə gəldiyimi heç kim bilməyəcək, qoy çıxım gedim" – dedi, bacımın otağında qalmış paltarlarını atamdan gətirməsini istədi. Atam da mənə Cabbarın getməsinə icazə verməyimi söylədi".

"Bacımın evdə olub-olmamasını öyrənmək istədim"

Adil qeyd edib ki, bu zaman işdə istifadə etdiyi balaca cib bıçağını çıxarıb və Cabbarın sağrı nahiyəsinə zərbə vurub: "Sonra bıçağı çıxararaq cibimə qoydum. Cabbarı atama qarşı hörmətsizlik etdiyi, nalayiq söyüş söydüyü üçün vurdum. Çünki atam Cabbara "burda nə gəzirsən" dedi. Cabbar atama "yaxşı edirəm" – dedi, söyüşlə cavab verdi.

Atam mənə Cabbarı nahaq yerə vurduğumu bildirdi. Yaşadığımız evin həyətinə gəldim. Bacım Süsənin evdə olub-olmamasını öyrənmək istədim. Cabbarın paltarlarını pəncərədən həyətə atılmış gördüm. Bacımın otağına getdim. Əsəbi olduğum üçün onu evdən qovmaq istədim. Lakin bacımın orada olmadığını, bacım oğlu Səbuhinin isə otaqda yatdığını gördüm.

Üzümə əl vurduqda qan olduğunu gördüm və əl-üzümü yumağa başladım. Məhrəba ilə üzümü sildim".

"Məndən su istədi"

Təqsirləndirilən şəxs əlavə edib ki, bir qədər sonra telefonuna zəng gəlib, zəng edənin atası olduğunu görüb: "Atam mənə darvazadan çöldə saxladığı avtomobilini qəbirstanlığın yanına sürməyimi dedi.

Həmin yerə çatanda Cabbarın uzanıqlı vəziyyətdə olduğunu, paltarlarının böyrünə qoyulduğunu, həmçinin atamın yanında durduğunu gördü. Cabbar məndən su istədi. Mən də avtomobilin yük yerindən 2 litrlik butulkada olan suyu onun üzünə tökdüm.

Bundan sonra anam gəldi, onu həkimə aparmaq lazım olduğunu dedi, sonra evə qayıtdı. Atamla birlikdə Cabbarı avtomobilin arxa oturacağına uzatdıq, onu Dəymədağıldı kəndində yaşayan həkimin evinə apardıq. Həkim bizə Cabbarı təcili xəstəxanaya çatdırmalı olduğuğumuzu bildirdi.

Cabbarı xəstəxananın acil şöbəsinə qəbul etdilər. Həkimlərdən biri Cabbarın öldüyünü dedi. Polislər mənə və atama yaxınlaşdı. Hər ikimizi Bərdə rayon polis şöbəsinə apardılar".

"Cabbara 8 dəfə zəng vurdum"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Nazilənin sözlərinə görə, məhrum Cabbar onun əri olub: "Cabbarla 2008-ci ildə ailə qurmuşam və birgə nikahımızdan iki övladımız doğulub. Münasibətim normal olub. Cabbar Bərdənin Ağalı kəndində yerləşən pay torpağında pambıq, taxıl əkməklə və öz evimizin həyətyanı sahəsində "K-700" markalı traktorların motorxanasını təmir etməklə qazanc əldə edib".

Hüquqi varisin sözlərinə görə, Cabbar iyulun 26-da, təxminən saat 19-20 radələrində dostu Muradın ad günü məclisinə gedəcəyini bildirib və evdən çıxıb: "İyulun 27-də saat 5.30-da Cabbarın otaqda olmadığını və evə gəlmədiyini gördüm. Qonşumuz Bahadurgilə getdim, ordan ərimə 8 dəfə zəng etdim. Lakin zənglərə cavab vermədi.

Daha sonra Cabbarın əmisi oğlu Aqilə zəng vurdum. Aqil cavabında gecə saatlarında ad günü məclisini tərk etdikdən sonra Cabbarı görmədiyini, onun Valehlə birgə kəndə getdiyini, avtomobili ona verdiyini bildirdi.

Ad günü məclisi olmuş Murada zəng vurdum. Murad Cabbarın harada olduğundan məlumatsız olduğunu dedi. Mənə Cabbarın əmisi oğlu Daşqın telefon vasitəsi ilə Cabbarın öldüyünü dedi".

Nazilənin sözlərinə görə, Cabbar ona Adilin evinə gedəcəyi barədə hər hansı söz deməyib: "Lakin Adilin bacısı Süsən 4-5 il əvvəl Azərbaycana, atası evinə gələndə Cabbara zəng edib, görüşmək istədiyini bildirib. Cabbar bu barədə mənə də demişdi, aramızda mübahisədə də olmuşdu. Cabbarın ondan sonra Süsənlə telefonla danışdığını görməmişəm".

"Çatda yazışıb, tanış olmuşuq"

Məhkəmə sənədlərində Süsənin yüngül həyat tərzi keçirməsi təsdiq olunub. O, Cabbardan əvvəl Bakı şəhərində başqa bir kişi ilə də intim həyatı yaşayıb.

İbtida istintaq orqanı həmin şəxsi də müəyyən edib və ifadəsini alıb. Adı şərti qeyd olunan Vüsal ifadəsində göstərib ki, Cabbar və Adili tanımayıb: "Süsənlə 2021-ci ilin mayından tanış olmuşam. Süsənlə "PUBG" onlayn internet oyununda tanış olmuşam. Çat bölməsində yazışıb, tanış olmuşuq.

Həmin qadın adının Süsən olduğunu və Rusiyada yaşadığını bildirdi. Süsənlə ancaq "PUBG" oynunda səs vasitəsilə mesajlaşmışıq".

"İntim münasibətdə olduq"

Vüsal qeyd edib ki, Süsən 2021-ci ilin iyul ayının əvvəllərində ona Bakıya gələcəyini bildirib: "Süsən 2021-ci ilin iyul ayının ortalarında mənə Bakıya gəldiyi barədə mesaj yazdı. Həmin vaxt Bakıda Məhəmmədi kəndində sosial evlərin tikintisində fəhlə kimi çalışırdım.

Süsən Bakıya gəldikdən sonra Heydər Əliyev adına beynəlxalq hava limanında onu qarşıladım. Süsəni və yanında balaca oğlan uşağını taksi vasitəsilə Yasamal rayonunda yerləşən, Güldan adlı yüngül həyat tərzi keçirən qadının evinə apardım. Orada yaxın münasibətdə olduq.

Süsənlə görüşməmişdən əvvəl Bakıda, "20 Yanvar" metrosunun yanında mobil dükanların birindən aldığım nar nömrəsini verdim, onunla bu nömrə ilə danışacağımı bildirdim. Süsəni həmin gün Bakı-Bərdə taksisi vasitəsilə Bərdə rayonuna yola saldım.

Süsən mənə Bərdə rayonuna valideynlərini görməyə getdiyini bildirdi. Özümə məxsus nömrə ilə 2 gün onunla danışdım".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Adil 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

///Teleqraf.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7312   Tarix: 23 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr