"Ukraynanın üzərinə düşən bəzi məsələlər də var ki..." - Ekspertdən AÇIQLAMA
Fevralın 22-də Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb.
Bəyannaməyə Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imza atıblar.
Moskva Bəyənnaməsini şərh edən hərbi ekspert Ramil Məmmədli Sonxeber.az-a bildirib ki, bu Bəyənnamənin müvafiq bəndləri qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması, mədəni-humanitar, iqtisadi-siyasi münasibətlərin inkişafı və s. bu kimi vacib məsələləri özünə daxil edir:
"1992-ci ildə müstəqil dövlətlər birliyi yarandıqdan sonra keçmiş postsovet respublikaları arasında "Kollektiv təhlükəsizlik müqaviləsi" adlı sənəd imzalandı. Bu sənəd bütün tərəflərin bir-birinin, o cümlədən Rusiyanın Azərbaycanın və Azərbaycan tərəfinin də Rusiyanın təhlükəsizliyini təmin etməsini özündə ehtiva edir. Həmin sənədi baza sənədi kimi götürsək, bugünkü bəyənnamə həmin baza sənədin davamıdır. Yəni 30 ilə yaxın bir müddət ərzində iki ölkə arasında formalaşmış hərbi, texniki sahədə olan əməkdaşlıq genişlənəcək və yeni bir formaya qədəm qoyacaq.
Bu hansı formadır? Bu bəyənnamədə artıq bəzi məqamlar açıq şəkildə qeyd edilir ki, hər iki tərəf üçüncü tərəf olmadan bir-birinin təhlükəsizliyinin təmin olunmasında iştirak edir.
Azərbaycan-Ermənistan arasındakı münaqişənin həllində də bu sənədin müsbət mənada rolu olacaq. Çünki dünənə qədər Ermənistan KTMT-ni əsas götürərək, Rusiyanı Azərbaycana qarşı hərbi əməliyyatlara sürükləməyə çalışırdı, sözügedən Bəyənnamədən sonra isə bu məqam artıq ikinci mərhələyə keçmiş oldu və yaxud sıradan çıxarılmış oldu, ləğv edildi. Artıq Azərbaycanla Rusiya müttəfiq ölkələrdir, yəni bu ölkələrin bir-birinə qarşı hər hansı bir təhlükəsi ola bilməz".
"Rusiya-Ukrayna münasibətlərinin mövcud gərginlik fonunda müttəfiqlik bəyanatı Azərbaycana necə təsir edəcək?" sualına isə ekspert belə cavab verib:
"Azərbaycan postsovet respublikaları arasında yeganə ölkədir ki, həm Ukrayna, həm də Rusiya ilə olduqca sıx və normal münasibətlərə malikdir. Bu cür münasibətələr ölkələrimiz arasında hər hansı bir problemin yaranmayacağına ümid yaradır.
Azərbaycan Rusiya-Ukrayna məsələsində tərəf deyil. Azərbaycanın mövcud vəziyyəti və qarşıdakı proseslər onu deməyə əsas verir ki, Azərbaycan nə Rusiyanın, nə də Ukraynanın mövqeyini dəstəkləməyəcək. Hər iki ölkə də bu məsələyə anlayışla yanaşacaq. Çünki biz hələ də Ermənistanla münaqişə vəziyyətindəyik, münaqişə tam həll olunmayıb. Tez-tez atəşkəs pozulur. İlk növbədə bu problemlər öz həllini tapmalıdır.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Lakin Ukraynanın üzərinə düşən bəzi məsələlər də var ki, Ukrayna vəziyyətin yalnız özü təfindən həll olunacağını nəzərə almalıdır".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü