Şvartseneggerdən Ukraynaya dəstək - FOTO
"Fikrim Ukrayna xalqının yanındadır".
Bu sözləri dünyaca məşhur aktyor Arnold Şvartsenegger "Facebook" səhifəsində yazıb.
"Məndən bir neçə müsahibə verməyi xahiş ediblər, lakin inanıram ki, media baş verənlərə, ürəyimizi parçalayan faciəyə və bizi ruhlandıran Ukrayna xalqının cəsarətinə diqqəti davam etdirməlidir.
Mən xarici siyasət eksperti deyiləm, ona görə də analiz etməyi özümdən ağıllılara buraxacağam. Mən müharibədən sonra işğal olunmuş ölkədə böyüməyin necə bir şey olduğunu bilirəm. Bilirəm ki, müharibədə və ondan sonrakı dövrdə heç kim qalib gəlmir. Hamı əziyyət çəkir.
Müharibədə yalnız məğlublar yox, qaliblər də əziyyət çəkir.
Mənim həm Ukraynalı, həm də rus dost və azarkeşlərim var. Anladığım qədəri ilə, heç biri bunu istəmir. Ümid edirəm ki, ağıllı qərar nəhayət qalib gələcək və çox həyat məhv olmamış bu lazımsız müharibəyə son qoyulacaq.
Bu müddətdə Ukrayna xalqının yanındayam. Dərdinizi və sülhlə bağlı ümidinizi bölüşürəm. Bu kabusun qarşısında mərdliyinizlə, insanlığınızla məni ruhlandırırsınız. Allah sizi qorusun", - deyə o qeyd edib./oxu.az

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1973 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar
28 oktyabrPolşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29 oktyabrMadriddə etiraz aksiyası keçirilir
Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə
28 oktyabrƏhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri
29 oktyabr