Sürücülərə kamera nəzarəti qəza riskini azalda bilər? - AÇIQLAMA
Sükan arxasında mobil telefondan istifadə sürücünün diqqətini yayındıraraq yol-nəqliyyat hadisələrinin başvermə riskini artıra bilər. Bu cür halların kameralar vasitəsilə aşkarlanması sürücülərin intizamının gücləndirilməsi və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarətin artırılması baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, görüntülər əsasında cərimə tətbiq edilərkən texniki səhvlərin, yanlış qərarların qarşısının alınması və sürücülərin hüquqlarının qorunması məsələləri də diqqətdə saxlanılmalıdır.
Bəs, sükan arxasında mobil telefondan istifadə edən sürücülərin kameralar vasitəsilə aşkarlanması qəza riskinin azaldılmasına nə dərəcədə kömək edə bilər? Görüntülər əsasında cərimə tətbiq edilərkən yanlış qərarların qarşısını almaq və sürücülərin etiraz hüququnu təmin etmək üçün hansı mexanizmlər nəzərdə tutulmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sükan arxasında mobil telefondan istifadə edən sürücülərin kameralar vasitəsilə aşkarlanması ilə bağlı mexanizm əvvəllər də mövcud olub və bu hallara görə cərimələr tətbiq edilib.
"Eyni zamanda, təhlükəsizlik kəmərindən istifadə etməmək kimi qayda pozuntularına qarşı da müvafiq tədbirlər görülüb. Bu cür nəzarət mexanizmləri sürücülərin daha məsuliyyətli davranmasına və yol hərəkəti qaydalarına əməl etməsinə xidmət edir. Nəqliyyatın idarə edilməsində əsas prinsiplərdən biri də nəqliyyat axınlarının düzgün tənzimlənməsidir. Buraya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin əlaqələndirilməsi və onlardan düzgün istifadə olunması daxildir. Nəqliyyat vasitələrinin və hərəkət axınlarının səmərəli idarə edilməsi, intizamın qorunması və sürücülər arasında koordinasiyanın təmin olunması yol hərəkətinin təşkilinə müsbət təsir göstərir. Bu tədbirlər həm də nəqliyyat axınlarının daha səmərəli idarə olunmasına və ümumi təhlükəsizliyin artırılmasına kömək edə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 374 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Professor Adilə Abbasova vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbayca
29 oktyabrBakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Bakının Xətai rayonunda yerləşən Gənclik parkında yenidənqurma işləri aparılacaq. Parkın ərazisində suyu qurudulan hövzə təmir işləri başa çatdıqdan sonra yenidən su ilə doldurulacaq. -in əldə etdiyi məlumatına görə, hazırda ərazidə təmir və yenidənqurma işlərinə hazırlıq görülür. İşlərin yaxın zamand
28 oktyabrBDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyi
29 oktyabrMəktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar. -a istinadən xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçus
29 oktyabrAzərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
28 oktyabrErmənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
28 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrMəktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA
Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşları
29 oktyabr