Fazil Məmmədovun prezidenti olduğu federasiya ləğv edildi - RƏSMİ
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən, nazirliyin 2022-ci ilin mart ayı üçün perspektiv iş planı müzakirə olunaraq təsdiqlənib.
Oxu.Az xəbər verir ki, ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə, eləcə də müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınaraq bir qrup mütəxəssisə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi" və "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası" fəxri adları verilməsi qərara alınıb.
İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, "Azərbaycan Şahmat Federasiyası" İB, "Azərbaycan Atıcılıq Federasiyası" İB, "Azərbaycan Stolüstü Tennis Federasiyası" İB, "Azərbaycan Triatlon Federasiyası" İB akkreditasiyadan keçiblər.
Bundan başqa, "Azərbaycan Peyntbol Federasiyası" İB, "Otüstü Hokkey Federasiyası" İB və "Azərbaycan Turan Do Federasiyası" İB fəaliyyət göstərmədikləri üçün akkreditasiyadan keçirilmələri mümkünsüz olduğundan federasiya statusları ləğv edilib.
Sonda nazir Fərid Qayıbov MDB İcraiyyə Komitəsinin qərarına əsasən, qurumun Fəxri Fərmanı ilə təltif edilmiş, nazirliyin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovaya həmin mükafatı təqdim edib.
Qeyd edək ki, Otüstü Hokkey Federasiyasının prezidenti sabiq vergilər naziri Fazil Məmmədov olub.








Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 979 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabr