Kiyevdə yataqxanada qalan azərbaycanlı tələbə: "Qida ehtiyyatları tükənib, çox dözə bilməyəcəyik" - VİDEO
"Kiyevdə olan azərbaycanlı tələbələr çıxılmaz vəziyyətdədir. Onların əksəriyyəti parkinq yerlərində qalıblar. Qida ehtiyyatları tükənib, cəmi iki çörək, iki ədəd suları qalıb".
Bu barədə Oxu.Az-a Ukraynanın Kiyev şəhəri, Svyatoşinski Rayonunda, Mikola Uşakova 8a ünvanında yerləşən Avropa Universitetinin yataqxanasında qalan azərbaycanlı tələbə Orxan Səfərovun əmisi Tamerlan Səfərov məlumat verib.
T.Səfərovun redaksiyamıza göndərdiyi videoda Ukraynanın Kiyev şəhərində çarəsiz vəziyyətdə qalan tələbə Orxan Səfərovun müraciəti əks olunub.
Belə ki, Orxan Səfərov video mürciətdə qeyd edib ki, hazırda qaldıqları yerdən çıxmaq imkanları yoxdur:
"Biz də sözügedən yataqxanada üç nəfər – iki azərbaycanlı oğlan və bir türkmən qız tələbə qalmışıq. Bizdən başqa bir azərbaycanlı ailə də var bura yaxın ərazidə. Komendant saatı olduğundan giriş-çıxışa icazə verilmir. Cəmi 1 çörəyimiz və bir suyumuz qalıb. ərzaq tamamilə tükənib. Sabaha çatar ya çatmaz bilmirik. Komendat saatı sabah bitir, lakin uzadılıb-uzadılmayacağını da bilmirik. Soyuq zirzəmidə yatıb-dururuq. Bizim vəziyyətimiz pisdir, bombalar dünən gecə bizim qaldığımız yataqxananın yanına düşüb. Artıq dörd gündür biz bu zirzəmidə qalmışıq. Dövlətdən xahiş edirik ki, imkan daxilində bizi burdan çıxarsınlar. Artıq bura təhlükəsiz deyil. Çölə çıxa bilmirik, çıxanları vururlar. Mağazalarda çörək, qida heç nə yoxdur. Ruslar mağazaları da talan edib. Bu vəziyyətdə çox dözə bilməyəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1760 Tarix: 28 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr