Nazirlik pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını AÇIQLADI

Nazirlik pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını AÇIQLADIƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya, müavinət və təqaüdlərin nə qədər artdığını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib.

Ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib:

- Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib;

- Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz artım edilib. 1,1 milyon pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 milyon manat sərf olunacaq.

2022-ci ilin 1 yanvarından sosial müavinətlər və bəzi təqaüdlərdə də artımlar olub.

Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və başqaları üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz artırılıb.

Bəzi təqaüdlərdə isə orta hesabla 32 faiz, tələbə təqaüdlərində orta hesabla 20 faiz artım baş verib.

Ümumilikdə 722 min şəxsin (o cümlədən 132 min tələbənin) rifahına dəstək olan bu artımlar üçün də illik əlavə 194 milyon manat ayrılıb.

Sosial ödənişlərdə davamlı artım ünvanlı sosial yardımı da əhatə edir.

Ünvanlı yardımın hesablanması üçün tətbiq olunan ehtiyac meyarı cari ilin əvvəlindən 170 manatdan 200 manata çatdırılıb. Bu artım 250 minədək insanı əhatə edən ailələrə yönələn ünvanlı yardımların da artması ilə nəticələnir. Həmin artım üçün illik əlavə 20 milyon manat xərclənəcək.

Yeni sosial islahat mərhələsi dövlət başçısının tapşırıqları əsasında müharibə iştirakçılarına yeni dəstək tədbirlərini də nəzərdə tutur.

Bu tədbirlərə 1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinin birdəfəlik ödəmə ilə təmin edilməsi və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara "Müharibə veteranı" adı verilərək Prezidentin aylıq təqaüdünün təyin olunması daxildir.

Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manat təşkil edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1627   Tarix: 28 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr