Göyçay ona tapşırıldı - Mehdi Səlimzadə işdən niyə çıxarıldı?
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Mehdi İldırım oğlu Səlimzadənin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo-ya açıqlama verən icra başçısının birinci müavini İkram Vəliyev bildirib ki, hazırda rayona rəhbərlik ona tapşırılıb: "Hələlik icra başçısının səlahiyyətlərinin icrası bir neçə günlük mənə tapşırılıb".
İkram Vəliyev deyib ki, Mehdi Səlimzadə vəzifəsindən azad olunacağını heç özü də bilmirmiş: "Bir yerdə işimizin başında idik. Vəzifədən azad olunması ilə bağlı sərəncam imzalandı. Yəqin ki, özü bunun səbəbini yaxşı bilər. Mənim isə ətraflı heç bir məlumatım yoxdur".
Qeyd edək ki, Mehdi Səlimzadə bu vəzifəyə 2016-cı il iyunun 10-da təyin olunmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2420 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabr