"Uşaqlarına cizgi film qəhrəmanlarının adlarını vermək istəyirlər"
"Azərbaycanda bəzən vətəndaşlar övladlarına xarici serialların, hətta cizgi filmlərinin qəhrəmanlarının adlarını vermək üçün müraciət edirlər. "Elizabet, Mozart, Kiara və digər bu kimi adlar vermək istəyirlər".
"Qafqazinfo" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin baş məsləhətçisi Nahid Səfərli onlayn brifinqdə deyib.
O qeyd edib ki, qanunvericiliyə görə, hər bir şəxsin adı ata adı və soyadından ibarətdir. Uşağın mənafeyinə xələl gətirən adların qoyulmasına yol verilmir: "Bəzən xarici ölkədə təhsil alanlar ad və soyadlarını oradakı ad və soyadlara uyğun dəyişmək istəyirlər. Tövsiyə edərdim ki, valideynlər övladlarına milli adlar qoysunlar. Çünki bəzən xarici ölkədə normal səslənən ad bizim ölkədə normal səslənmir və ya tələffüzdə çətinlik olur. Bu isə gələcəkdə uşaqların adlarını gülüş mənbəyinə çevirə bilər. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilir".
N. Səfərli əlavə edib ki, övladına ad qoymaqda çətinlik çəkən şəxslər yerli qeydiyyat şöbələrinə paylanmış "Şəxs adları" və "Azərbaycan dilinin izahlı lüğəti"ndən istifadə edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR