Bu şəxslər ünvanlı dövlət sosial yardımı ala bilər
Pay torpağı olanların hansı halda ünvanlı dövlət sosial yardımı ala biləcəyi məsələsinə aydınlıq gətirilib.
Sonxeber.az-ın APA-ya istinadən məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Sosial saat"da bildirib ki, əgər vətəndaşın pay torpaq mülkiyyəti varsa, qeydiyyata salınıbsa, həmin şəxs torpaq mülkiyyətçisi kimi qəbul olunur və onun işləməsinə ehtiyac olmur:
"Bu zaman o, ünvanlı sosial yardım üçün müraciət edə bilər".
N.İsmayılovun sözlərinə görə, maddi-məişət şəraitinin yoxlanılması o baxımdan vacibdir ki, vətəndaşlar elektron qaydada məlumatlarını yerləşdirən zaman müəyyən yanlışlıqlara yol verə bilər:
"Yalnız yerində yoxlamaqla həmin məlumatları dəqiqləşdirmək mümkün olur. Maddi-məişət şəraitinin yoxlanılması çərçivəsində ailə tərkibi, həyətyanı təsərrüfatda olan mal-qara, ev quşları və s. baxılır. Bir çox hallarda vətəndaşın mexaniki etdiyi səhvləri ilə rastlaşırıq.
Bu zaman vətəndaşa məlumat veririk, yenidən müraciət etsin. Abonent kodunun yanlışlıqla səhv yazılması, ünvanın yanlış göstərilməsi və s. kimi texniki səhvlər ola bilər".
O qeyd edib ki, hər hansısa yanlışlıq olarsa, bu, imtina səbəbidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR