Putinin kloun dediyi, dünyanın isə qəhrəman kimi gördüyü 44 yaşlı Zelenski kimdir?

Putinin kloun dediyi, dünyanın isə qəhrəman kimi gördüyü 44 yaşlı Zelenski kimdir?Ukrayna prezidenti Volodimir Zelenski hazırda dünyanın ən populyar siyasətçisidir. Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə xalqa müraciətində onu "Qərbin klounu" adlandırmışdı. Hazırda davam edən Ukrayna - Rusiya müharibəsində Zelenski hər keçən gün nüfuzunu daha da artırır.

AZXEBER.COM Ukrayna prezidentinin dosyesini təqdim edir:

Volodimir Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində anadan olub. Atası Aleksandr Semenoviç Zelenski iqtisadiyyat professoru, texniki elmlər doktoru, anası isə mühəndis olub. Zelenski anası ilə 4 il Monqolustanın Erdenet şəhərində yaşamış və orada məktəbə gedib. Sonra isə Krivoy Roq şəhərinə qayıtmışdır. Daha sonra ingilis dilini dərin öyrənmək üçün həmin şəhərin 95 nömrəli məktəbində təhsil almışdır. O, 2003-cü ilin sentyabrında orta məktəb yoldaşı olan Olena Zelenska ilə evlənib. Onların 2004-cü ilin iyulunda Oleksandra adlı qızı, 2013-cü ilin yanvarında isə Kirilo adlı oğlu dünyaya gəlib.

Zelenskini digər dövlət başçılarından fərqləndirən bir keçmişi var. 2008-ci ildən media sektorunda çalışan Zelenski daha sonra aktyor, ssenarist, rejissor olub. 2015-ci ildə televiziya serialında prezident kreslosuna əyləşən və hazırda 44 yaşı olan Zelenski 4 il sonra seçki ilə dövlət başçısı oldu. Onun nə atası kimi iqtisadiyyata, nə də anası kimi mühəndisliyə marağı olub. Zelenskini maraqlandıran yalnız teatr idi. Universitet illərində hüquq təhsili alsa da, vaxtının çoxunu dostları ilə birgə ərsəyə gətirdiyi "Kvartal 95" teatr qrupunda keçirirdi. Çünki o, karyerasını teatrda davam etdirmək fikrində idi. Bu sahədə uğurlu çıxışları olan, başqalarından fərqlənən Zelenski və onun qrupu müəyyən zamandan sonra teatr səhnələrindən televiziyaya yüksəldi. O, siyasətçilərlə yanaşı, sənətçiləri, iş adamlarını, idmançıları parodiya edirdi.

Zelenskinin siyasi karyerasının başlamasına onun 2015-ci ildə rol aldığı bir serial təkan verdi. Belə ki, o, 2015-ci ildə "Xalqın qulluqçusu" adlı serialda rol aldı. Vladimir Zelenskinin şəkli və "Xalq prezidenti" sözləri olan reklam afişaları ilk dəfə 2015-ci ildə paytaxt Kiyevin küçələrində peyda olub. İlk vaxtlar hansı mənanı daşıdığı anlaşılmayan bu afişaların daha sonra Zelenskinin baş rolda çəkildiyi "Xalqın qulluqçusu" serialına aid olduğu məlum olub. Serialın təqdimatı bu sözlərlə başlayır: "Xalq arasından vicdanlı, prinsipial, ziyalı bir şəxs prezident seçilsəydi, nə olar?". Zelenski serialda jarqon və təhqiramiz dillərdə danışan tarix müəllimi rolunu oynayırdı. Vasili Qoloborodko adlı bu müəllim "təmiz siyasət" axtarışında idi. Xalq onsuz da siyasi intirqalardan, rüşvətxorluqdan, korrupsiyadan əziyyət çəkmişdi. Serialdakı Vasili belə bir xalqın ümidi olaraq qısa müddətdə siyasətə yüksəldi. Həmin "Müəllim Vasili" daha sonra "Prezident Vasili" oldu. Serial xeyli rezonans doğurdu və Zelenski o qədər məşhurlaşdı ki, serialın prodüsseri 2018-ci ildə Ədliyyə Nazirliyinə müraciət etdi. Onlar "Xalqın qulluqçusu" partiyasını yaratdılar və daha sonra 2019-cu ilə seçkilərində namizəd oldu. Onların güclü rəqibləri var idi.

Rəqiblərdən biri, adı korrupsiyada hallanan Petro Poroşenko, digəri Yuliya Timoşenko olub və o da güclü rəqiblərdən biri hesab olunurdu. Nəhayət, seçkilərdə Zelenski 73 faiz səslə qalib gələrək Ukrayna prezidenti seçildi. O, andiçmə mərasimində maraqlı, nikbin nitqi ilə diqqəti çəkdi: "Biz futbolda islandiyalılar, torpağımızı müdafiə etməkdə israillilər, texnologiyada isə yaponlar kimi olmalıyıq", deyə bildirmişdi.

Bundan başqa o, ilk hədəf kimi Donbası göstərmişdi: "Donbasda atəşkəsə nail olmaq bizim birinci vəzifəmizdir".

Zelinski prezident seçilən kimi məmurlara müraciət etmişdi: "Otağınıza mənim şəkillərimi qoymayın, övladlarınızın şəkillərini qoyun. Qərar verəndə də onların gözünə baxın".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2906   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Stubb Putindən sonra Zelenskiyə zəng vurub

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard

27 oktyabr
.

İsraildə seçkilərdən sonra siyasi gərginlik: Netanyahu hökuməti qura biləcəkmi?

İsraildə parlament seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlamentdə çoxluğu təmin edib-etməyəcəyi koalisiya danışıqlarının nəticəsindən asılı olacaq. The Jerusalem Post-a istinadən xəbər veri

29 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

28 oktyabr
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28 oktyabr
.

Leyen Ukrayna ilə bağlı danışıqlara öz adamını göndərir

Avropa Birliyi Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək üçtərəfli danışıqlara nümayəndə heyəti göndərmək niyyətindədir. xəbər verir ki, bu barədə "Avronyus" mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, nümayəndə heyətinə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin aparat rəhbər

28 oktyabr
.

UKMTO: Hörmüz boğazında gəmi yanıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya

29 oktyabr
.

Tramp Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş vermədiyini bildirib

ABŞ prezidenti Donald Tramp vitse-prezident J.D. Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib. xəbər verir ki, Tramp jurnalistlərə Vensdən İranla danışıqları bərpa etməyi xahiş edib-etmədiyi soruşulduqda bildirib ki, "Xeyr. İranın tibbi yardıma ehtiyacı var. Xəstə insanlar

29 oktyabr
.

Tallində robot qəza törədib, 9 nəfər yaralanıb

Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı

29 oktyabr
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29 oktyabr