Bu gün daha 500 azərbaycanlı Xarkovdan təxliyə edildi
Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhədini keçmələrinə kömək göstəriləcək.
Bu barədə Azərbaycanın fəxri konsulluğundan məlumat verilib.
"Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılmışdır. Xarkov şəhərini tərk etmək istəyən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR