Rublun kəskin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA

Rublun kəskin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMARusiya-Ukrayna münaqişəsi fonunda Rusiyaya qarşı müxtəlif ölkələr tərəfindən sanksiyalar sərgilənir. Sanksiyalar çərçivəsində bir çox Rusiya bankları SWİFT-dən çıxarılıb. Ötən gün isə rus rublu "dram" yaşadığı halda, bu gün dollara qarşı möhkəmlənib. Rusiya rublunun bu cür qeyri-stabil olması, tətbiq olunan sanksiyalar və bəzi Rusiya banklarının trilyonlarla dollar dəyərində pul köçürmələri əməliyyatları üçün istifadə edilən SWİFT sistemindən kənarlaşdırılması Rusiyaya və ən yaxın qonşu olaraq Azərbaycana öz təsirini necə göstərəcək?

İqtisadçı ekspert Xalid Kərimli Sonxeber.az-a açıqlamasında bildirib ki, rus rublunun kəskin ucuzlaşması Rusiyada inflyasiyanı artıracaq.

"Rublun dəyərini itirməsinə bir çox amillər təsir göstərir. Xüsusilə, Rusiya konflikti, Rusiya Mərkəzi Bankının valyuta rezervlərinin dondurulması əhəmiyyətli təsirə malikdir. Rusiya iqtisadiyyatında hazırda sanksiyaların yaratdığı investisiya mühitinin kəskin pisləşməsi, qeyri-müəyyənliyin kəskin artması, sanksiyaların daha da artırılacağına dair gözləntilər nəticəsində insanlar əlində olan rubldan canını qurtarıb xarici valyutaya keçməyə çalışırlar. Bunların hamısı Rusiya rublunu həm dəyərdən salır, rubla təzyiq formalaşdırır, həm də inflyasiyanı tətikləyən bir amilə çevrilir.

Rublun kəskin ucuzlamaşı Rusiya alıcısının alım gücünü aşağı salacaq ki, bu da alıcılq qabiliyyətinin kəskin pisləşməsinə gətirib çıxaracaq. Rusiya investisiya mühiti korlanır, şirkətlərin maliyyə vəziyyəti pisləşir. Rusiya iqtisadiyyatı üçün bunların çox pis təsirləri var. Belə ki, iqtisadi geriləmə müşahidə olunacaq. Verilən proqnozlara görə, geriləmə hətta iki rəqəmli həddi də keçə bilər. Söhbət 15-20 faiz geriləmədən gedir. Eyni zamanda inflyasiya da kəskin sürətlənəcək.

Azərbaycana təsirinə gəlincə, təbii ki, ölkəmizə də təsiri olacaq. Çox sayda vətəndaşlarımız Rusiyada çalışır və ölkəmizdəki ailələrinə, evlərinə pul göndərirlər. Bu cəhətdən kəskin azalma olacaq. Buna həm tətbiq olunan məhdudiyyətlər imkan vermir, həm də rubl çatışmazlığı. Bu da orada yaşayan insanlarımızı kasıblaşdırır və Azərbaycana kömək imkanlarını məhdudlaşdırır. Bundan əlavə, Rusiya bizim əsas ixrac-idxal partnyorumuzdur. Burada da vəziyyət pisləşir: ixracımız kəskin bahalaşır, idxalda da qeyri-müəyyənliklər artır. Bu proseslər hazırda, demək olar ki, iflic olmuş vəziyyətdədir.

Neft fondunun, ayrı-ayrı şəxslərin, investorların Rusiyada aktivləri var. Bu aktivlər, təbii ki, dəyərdən düşəcək. Elə Rusiya aktivlərinin də hamısı sürətlə dəyərdən düşür".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4443   Tarix: 02 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr