Tahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olundu

Tahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olunduBu gün Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin anım günüdür.

Kulis.az bəstəkar haqqında on maraqlı faktı təqdim edib.

Belə ki, Tahir Əkbər 34 yaşına qədər Özbəkistanda yaşayıb.

O, Üzeyir Hacıbəylinin yetirməsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. Özbəkistanda ondan özbək mahnıları bəstələməsini istəyiblər. Amma o buna razı olmayıb. Buna görə Özbəkistanda sıxışdırılan bəstəkar birdəfəlik Azərbaycana köçməyə qərar verib.

İki dəfə ailə həyatı qurub. İlk dəfə Özbəkistanda eyni qrupda oxuduğu musiqişünas xanımla ailə quran bəstəkarın ailə həyatı uğurlu alınmır. Cütlüyün bu evlilikdən bir qız övladı dünyaya gələndən sonra, xanımın öz istəyi ilə onlar ayrılmalı olurlar. Bu ayrılığa səbəb isə xanımın ağır xəstəlikdən əziyyət çəkməsi olub. Bəstəkar ikinci dəfə ailə həyatı qurmaq qərarına gəlir. Aybəniz adlı xanımla evlənən sənətkarın ikinci evliliyindən Bəhriyə adlı bir qızı dünyaya gəlir.

"Gecə yağışı" mahnısını gənclik illərində aşiq olduğu rus qızına həsr edib. Müsahibələrindən birində bu barədə danışan bəstəkar deyir:

"Cavan vaxtlarımda bir qıza aşiq olmuşdum, Rusiyada yaşayırdı. O mənə söz vermişdi ki, gələcək. Həmin gün də möhkəm yağış yağırdı. Mən də çox həyəcanla ondan bir xəbər gözləyirdim. Bir də gördüm qapının zəngi vuruldu, poçtalyon qadın mənə teleqram gətirdi. Qadının üzünə baxanda hiss etdim ki, nəsə yaxşı xəbər deyil. Teleqramı açan kimi gördüm:

"Məni gözləmə, əlvida…" Poçtalyon qadın da pis olmuşdu. Elə tez uzaqlaşdı ki, sanki harasa yox oldu. Ondan sonra leysan yağış yağdı. Bu əhvalatı şairə Rəsmiyyə Davudqızına danışdım, o çox gözəl şeir yazdı. Dedim: "Rəsmiyyə, gəl bunun adını "Gecə yağışı" qoyaq".

Çox acınacaqlı bir ömür sürən bəstəkarın həssas ürəyi gizli həsədlərdən doğan qərəzli təzyiqlərə dözə bilmirdi. Onunla bağlı qəribə paradokslar var idi. Konsertlərini televiziyalar çəksə də, efirə verilmirdi. Bəstəkarlar İttifaqı tərəfindən adı Prezident təqaüdü alacaq sənətçilərin siyahısına salınsa da, rəsmi xəbər yayılandan sonra məlum olub ki, adı siyahıdan çıxarılıb. Qızı Bəhriyə müsahibələrinin birində deyir:

"Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə zəng vurub atamı təbrik etdi, dedi, adın fəxri ad alanların siyahısına salınıb. Atam uşaq kimi sevinirdi. Hətta sevincindən ağlayıb anama dedi, Aybəniz, axır ki, məni də gördülər. Bu adın atam üçün mənəvi əhəmiyyəti var idi. Axşam xəbərlərində atam oturub həmin siyahıya qulaq asırdı, adı çıxmadı. Atam çox pis olmuşdu. Sınmışdı. Ondan sonra ağır iflic keçirtdi".

Ən böyük arzusu Azərbaycanda ev almaq olan bəstəkar atasının Daşkənddən Bakıya dəyişdirdiyi ikiotaqlı evdə yaşayırdı. Sonralar qızının təhsil haqqını ödəyə bilmədiyi üçün həmin ikiotaqlı mənzili satıb birotaqlı mənzilə köçüb.

Doğum günü 20 yanvarda olduğu üçün 1990-cı ildən sonra heç vaxt ad gününü qeyd etməyib.

Özünə qarşı biganəlikdən inciyən bəstəkar son vaxtlar yazdığı mahnıları heç kimə vermir. Ölümündən sonra həyat yoldaşı Aybəniz xanım onun məzar daşını hazırlatmaq üçün bəstələrini satışa çıxarır.

Bir çox sənətçiləri Xalq artisti tituluna qədər ucaldan mahnıların müəllifi ömrünün son illərini çox acınacaqlı yaşayıb. Beyin insultu keçirən bəstəkarın dərman almağa belə pulu olmayıb. Həyat yoldaşı bəstəkarın ölümündən sonra verdiyi müsahibələrinin birində qeyd edir:

"Tahir dünyasını dəyişəndə əlimdə iki şey vardı, biri onun nəşi, o biri isə cəmi yüz manat pul".

Son günlər yaddaşını itirən Tahir Əkbərin yaddaşında təkcə musiqi və ritmlər qalır. Onun bu vəziyyəti həkimləri heyrətə gətirir. Öz vətənində sayılıb seçilməyən bəstəkarın əsərini, Rastropoviç öz repertuarına salaraq, dünyanın böyük konsert salonlarında ifa edir.

Ölməmişdən əvvəl həyat yoldaşına və qızına vəsiyyəti bu olub:

"Məni dəyərsiz şəkildə dəfn etsələr, atamın üstündə basdırın və mahnılarımın oxunmasına qadağa qoyun".

2018-ci il, martın 2-də vəfat edən 72 yaşlı Tahir Əkbər Fəxri Xiyabanların heç birində dəfn olunmur. Ona "Qurd Qapısı"ndakı zibilliyin yanında məzar yeri ayrılır. Dəfndən bir neçə gün sonra həyat yoldaşı bəstəkarın vəsiyyəti üzrə onun nəşini məzardan çıxardaraq atasının üstündə dəfn etdirib. Həmin ərəfədə Türkiyədən ailəsinə zəng edib Tahir Əkbərin nəşini istəyirlər. Bildirirlər ki, icazə verin, biz onu Türkiyədə layiqli şəkildə dəfn edək. Amma ailəsi buna razı olmur.
Tahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olunduTahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olunduTahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olunduTahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olunduTahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olunduTahir Əkbərovun bilinməyənləri: Ən böyük arzusu Azərbaycanda ev almaq idi, zibillikdə dəfn olundu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2225   Tarix: 02 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" - Video

23 yaşında adını Zəfər tariximizə həkk etdi. Vətən müharibəsində döyüşlərə qatıldı, göstərdiyi şücaətlə fərqləndi. Son döyüşü isə noyabrın 8-də oldu. Şuşanın sıldırım qayalıqlarında gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucaldı. Zəfər Gününü görə bilməsə də, tarixi qələbəmizin qazanılmasınd

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr