Qazaxıstan Ukraynaya qoşun yeridəcək? - RƏSMİ AÇIQLAMA

Qazaxıstan Ukraynaya qoşun yeridəcək? - RƏSMİ AÇIQLAMA"Qazaxıstan Rusiya və Ukrayna arasındakı münaqişədə tərəf tutmur və vəziyyətin diplomatik yolla nizamlanmasına ümid edir".

Sonxeber.az xəbər verir ki, bu sözləri Qazaxıstan Xarici İşlər nazirinin birinci müavini Şaxrat Nurışev jurnalistlərə bildirib.

O xatırladıb ki, ölkə həm Ukrayna, həm də Rusiya ilə çox yaxşı, yaxşı münasibətlər saxlayır: "Siz hamınız yaxşı bilirsiniz ki, telefon danışıqları olub, bundan əvvəl də bizim dövlət başçıları arasında görüşlər olub. Bizim mövqeyimizlə bağlı Qazaxıstanı ittiham edəcək heç nə yoxdur. Biz hazırda baş verən hər şeyin danışıqlar yolu ilə tezliklə həll olunmasının tərəfdarıyıq".

Ölkənin müdafiə nazirinin müavini Sultan Kamaletdinov da Rusiya və Ukrayna arasındakı münaqişədən danışıb: "Rusiya və Ukrayna arasındakı münaqişənin Qazaxıstana heç bir aidiyyatı yoxdur. Biz heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı heç bir sual ola bilməz".

Qazaxıstan müdafiə nazirinin müavini ölkədə ehtiyatda olan zabitlərin xidmətə cəlb edilməsi, eləcə də ölkə daxilində hərbi texnikanın daşınmasına da münasibət bildirib: "Ötən çərşənbə günü Qazaxıstan prezidenti - Ali Baş Komandan Qasım-Jomart Tokayev müşavirə keçirib, o, ölkə Silahlı Qüvvələrinin müasirləşdirilməsi ilə bağlı bir sıra vəzifələr qoyub.

Biz dövlət müdafiə sifarişinə uyğun olaraq planlaşdırılan yeni silah sistemlərinin alınmasını planlaşdırırıq. Hərbi Dəniz Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları üçün zirehli texnika, raket və artilleriya silahları alınacaq.

Ehtiyatda olan zabitlərin hərbi xidmətə çağırışı 190 nəfər təşkil edir ki, onlardan 150 nəfəri Silahlı Qüvvələrə gedir. Bu da ondan irəli gəlir ki, xüsusən də komanda-nəzarətin aşağı pillələrində çatışmazlıq var"./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1704   Tarix: 03 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib

İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib. "Reuters"in araşdırmasına görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşki

29 oktyabr
.

ABŞ ara seçkilərdən sonra İrana qarşı hücumları bərpa edə bilər

"The Wall Street Journal" qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, Vaşinqton bir sıra Körfəz ölkələrinə ABŞ-da keçiriləcək ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazır olduğunu bildirib. xəbər verir ki, onların sözlərinə görə, ABŞ v

28 oktyabr
.

Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir

Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb

29 oktyabr
.

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə

28 oktyabr
.

Tramp Baydeni Ukraynaya pulsuz silah verməkdə günahlandırdı

ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin administrasiyası dövründə Vaşinqtonun Ukraynaya 350 milyard dollarlıq silah ötürdüyünü və bunun üçün kompensasiya almadığını açıqlayıb. xəbər verir ki, bu açıqlamanı Texasda Respublikaçılar Partiyası tərəfdarlarının mitinqində verib. "Biz ordunu yenidə

28 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr
.

Norveç Baş naziri Putin və Zelenski ilə söhbətdən sonra Ukrayna əraziləri ilə bağlı şərh verib

Norveçin Baş naziri Jonas Gar Störe bildirib ki, Ukrayna ərazi itkisini tanıyan sülh müqaviləsini "heç vaxt imzalamayacaq". -nun xəbərinə görə, Stere bildirib ki, "Ukrayna heç vaxt ərazi itkisini tanıyan müqavilə imzalamayacaq, lakin onların hazırkı cəbhə xəttini reallıq və başlanğıc nöqtəs

28 oktyabr
.

Avropa KİV-i Zukerberqə qarşı çıxdı

"Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi olan "Meta" şirkəti məhsullarından istifadə şərtlərini dəyişməyi planlaşdırır. Yeni qaydalara əsasən, "Meta" sosial şəbəkələrində səhifəsi olan istənilən təşkilat bütün materiallarından kommersiy

28 oktyabr
.

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"

28 oktyabr