Prezidentin sədr təyin etdiyi Şahin Seyidzadə kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əsgər Əyyub oğlu Ələkbərovun "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər qərarı ilə Şahin Kamil oğlu Seyidzadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Qaynarinfo xəbər verir ki, Şahin Seyidzadə 15 aprel 1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2001-ci ildə magistr pilləsini bitirib, 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment" ixtisası üzrə magistr dərəcəsi alıb.
2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" və İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsi alıb.
Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi" üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır. İngilis və Rus dillərində sərbəst danışa bilir.
Şahin Seyidzadə 1999-2005-ci illərdə "Milli Debat Mərkəzi"nin direktoru, 2005-2007-ci illərdə "İnsan Resursları Məktəbi"nin rəhbəri olub. 2006-2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbəri vəzifələrində çalışıb.
2012-2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2012-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.
2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəri, 2019-cu ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "Gənc sahibkarlarla iş komissiyası"nın sədr müavini, 2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri olub.
9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili olaraq seçilib. Milli Məclisin Elm və Təhsil, həmçinin Gənclər və idman komitələrinin, "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvüdür.
Ailəlidir, iki övladı var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO