Bakıda həbs edilən general kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qaynarinfo xəbər verir ki, həbs edilən general-mayor Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub.
Prezident İlham Əliyevin sərəncamı ilə 25 iyun 2018-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib, 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib. 30 dekabr 2020-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və taqım komandirliyindən Hərbi Hissə komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb.
Nizami Məmmədov adı KİV-lərdə daim Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun "sadiq kadrı" kimi hallanıb. İddialara görə, məhz Nizami Məmmədov sabiq Baş Qərargah rəisi ilə güclü əlaqələri onu Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlməsinə gətirib çıxarıb.
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO