Rusiyada feyk xəbər yayanlar 15 ilə qədər həbs edilə bilər
Dövlət Duması üçüncü oxunuşda Rusiya Ordusunu nüfuzdan salmağa yönələn feyk xəbərlərə və Rusiyaya qarşı sanksiyalara çağırışlara görə həbs cəzası və böyük cərimələr nəzərdə tutan qanun layihəsini qəbul edib.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasın qəbul olunub.
Qanuna əsasən, Rusiya Federasiyanın Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilir.
Sənəddə qeyd edilir ki, əgər feyklər ağır nəticələrə səbəb olarsa, azadlıqdan məhrum etmə müddəti 15 ilə qədər ola bilər.
Rusiya Silahlı Qüvvələri ilə bağlı qəsdən yalan məlumatların yayılmasına görə isə aşağıdakı cəzalar nəzərdə tutulub:
- 700 000-dən 1,5 milyon rubla qədər və ya 18 aya qədər müddətə məhkumun əmək haqqı və ya digər gəliri miqdarında cərimə;
- bir ilədək islah işləri;
- üç ilədək müddətə məcburi əmək;
- eyni müddətə azadlıqdan məhrum etmə.
Qanun layihəsində Rusiyaya qarşı sanksiya çağırışlarına görə də cəza nəzərdə tutulur:
500 000 rubla qədər cərimə və ya üç ilədək müddətə məhkumun əmək haqqı və ya maaşı və ya digər gəliri miqdarında;
- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması;
- üç ilədək müddətə məcburi əmək;
- altı ayadək müddətə həbs;
- iki yüz min rubla qədər miqdarda cərimə və ya məhkumun əmək haqqı və ya əmək haqqı və ya hər hansı digər gəliri miqdarında cərimə olunmaqla və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə.
Rusiya Ordusunu diskreditə-nüfuzdan salmağa çağırışlara görə maksimum cəza 5 il azadlıqdan məhrum etmə olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Professor Adilə Abbasova vəfat etdi
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar