Rusiyalı oliqarx Britaniyadakı malikanəsində asılmış halda tapıldı
Ukraynada dünyaya gələn rusiyalı oliqarx Mixail Uotford Böyük Britaniyada dəbdəbəli malikanəsinin qarajında asılmış vəziyyətdə aşkar olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb.
Bildirilir ki, 66 yaşlı Mixail Uotfordun adı əvvəllər Mixail Tolstoşeya olub. O, sərvətini neft-qaz sahəsindən qazanıb. 2000-ci illərin əvvəlində Böyük Britaniyaya köçüb, vətəndaşlığını və adını dəyişib, daşınmaz əmlak sahəsi ilə məşğul olub.
Ailə dostunun sözlərinə görə, Ukraynadakı vəziyyət onun mənəvi vəziyyətinə təsir edə bilərdi: "Onun ölüm vaxtı və Ukraynaya hücum sözsüz ki, təsadüfi deyil".
Mixailin digər bir dostu isə onun ölümünün suallar doğurduğunu bildirib. O əlavə edib ki, Mixail arzusunda olduğu hər şeyə sahib olub və onun intihar etməsi mənasızdır.
Bir çox KİV oliqarxın Londonun sanksiya tətbiq edilən rus oliqarxlarının siyahısını dərc etdikdən bir müddət sonra dünyasını dəyişdiyini, lakin Uotfordun adının siyahıda olmadığını yazır.
Hazırda faktla bağlı araşdırma aparılmasına baxmayaraq, polis əməkdaşları Uotfordun ölümündə hər hansı şübhəli məqamın olmadığını hesab edirlər.
Qeyd edək ki, Mixail Uotford Estoniyada tanış olduğu Ceyn ilə evli idi. Onların iki övladı var. Bununla yanaşı, Uotfordun ilk nikahından bir oğlu da var.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1676 Tarix: 04 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi
Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar
28 oktyabrİsraildə seçkilər: Netanyahu qalib gəlib? - Son nəticələr açıqlandı
İsraildə parlament seçkilərindən sonra Benyamin Netanyahu ilə müxalifət arasında hakimiyyət uğrunda mübarizə davam edir. The Jerusalem Post-a istinadən xəbər verir ki, ilkin nəticələr Netanyahu tərəfdarlarının blokunun öndə olduğunu göstərsə də, hökuməti formalaşdırmaq üçün tələb olunan parlament çoxluğ
28 oktyabrŞimali Koreya Yapon dənizinə naməlum mərmi atdı
Yonhap xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, məlumatda deyilir ki, "Şimali Koreya Şərq dənizinə naməlum mərmi atıb". Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi raket buraxılışın
29 oktyabrİspaniyada üçgünlük matəm elan edildi
İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə
28 oktyabr