"Ukrayna qalib gələcək, biz Rusiyaya qorxunc təzyiqlər göstərəcəyik" - ABŞ dövlət katibi
"Ukrayna Rusiya ilə müharibədə qalib gələcək".
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinken Ukrayna xalqının "yüksək müqavimətini" vurğulayıb: "Əgər Moskva hansısa yolla hökuməti devirmək və özünün marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bunun qarşısını alacaq".
O, əlavə edib ki, müharibə Rusiya prezidenti Putinin planlarından fərqli olaraq artıq uğursuz alınıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət "Putinin başladığı müharibəni dayandırmaq üçün Rusiyaya qorxunc təzyiqlər göstərəcəyik".
"Ukraynanın qalib gələ biləcəyinə əminsinizmi" sualına Blinken belə cavab verib: "Zaman keçdikcə, mütləq belə olacaq".
Polşanın baş naziri Mateuş Moravetski isə bildirib ki, ukraynalılar indi təkcə öz ölkələrinin müstəqilliyini deyil, həm də bütün Avropanın təhlükəsizliyini müdafiə edirlər.
"Biz ukraynalılara kömək edirik ki, özlərini müdafiə edə bilsinlər. Və bu gün onlar nəinki özlərini, nəinki öz ölkələrinin müstəqilliyini müdafiə edirlər, onlar həm də bütün Avropanın təhlükəsizliyini qoruyurlar",- deyə Mateuş Moravetski bildirib.
Onun sözlərinə görə, hər gün 100-ə yaxın yük maşını Polşadan Ukraynaya müxtəlif növ yardımlarla, əsasən dərmanlar, geyimlər, gigiyena vasitələri, tez xarab olmayan məhsullar, yataq dəstləri, yanğınsöndürmə ləvazimatları ilə yola düşür.
Moravetski qeyd edib ki, Polşa diplomatiyası Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləməyə davam edəcək. "Bu, Kremlin qəddar hərəkətlərinə qarşı bizim əsas silahımızdır".
O həmçinin Rusiyaya qarşı həqiqətən dağıdıcı sanksiyalar tətbiq etməyə çağırıb: "Qərb tərəfdaşlarımızı eqoizm pərdəsi arxasında gizlənməməyə çağırıram. "Sberbank" və "Qazprombank"-ın SWIFT-dən kənarda qalması ciddi qərardır. Amma bunlar Putini dayandırmaq barədə çox spesifik söhbətlərdir. Bunun da bir cavabı var: biz Putini yayına bilməyəcəyi sarsıdıcı, sərt, universal sanksiyalarla dayandıra bilərik. Putin və oliqarxlarının sığındığı qızıl qəfəs sökülməlidir",- deyə Moravetski deyib./bizimyolinfo
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2267 Tarix: 06 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO
ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların
17 sentyabr 2021Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda
16 sentyabr 2021Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı
Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb
17 sentyabr 2021Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə
17 sentyabr 2021Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI
Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd
18 sentyabr 2021