"Uşaqlar ermənilər tərəfindən təcavüzə məruz qalarkən, bu dünya harada idi? — Deputat od püskürdü
"Biz dünyadan ədalət və haqq istəyirik. O haqq ki, Azərbaycanın haqqıdır, o ədalət ki, Azərbaycanın ədalətidir. Əgər beynəlxalq məhkəmələr dünyanın bütün xalqlarına eyni gözlə baxa bilsə, ikili standartlar aparmasalar o zaman ədaləti bərpa edə bilərlər. Ancaq bunu edirlərmi? Əlbəttə ki, yox. Ona görə də, onlar ədaləti bərpa etmək istəyirlərsə, birinci Qarabağa gəlsinlər və Qarabağda ermənilərin bu illər ərzində törətdiklərinə şahid olsunlar".
Bu fikirləri Milli Məclisin deputatı, tarixçi Anar İsgəndərov Qarabağda tapılan məzarlıqlar haqqında danışarkən deyib.
Deputat qeyd edib ki, çox təəssüflər olsun ki, dünya həmişə belə məsələlərdə öz biganəliyini göstərib, ancaq ədalətini göstərə bilməyib: "Bu gün bütün dünya Ukraynanı müdafiə edir. Onda sual olunur. Bəs Birinci Qarabağ müharibəsində Azərbaycanın tarixi torpaqları işğal olunarkən, azərbaycanlılar öldürülərkən, məhv edilərkən, balaca uşaqlar təcavüzə məruz qalarkən bu dünya harada idi? Bu ikili standart deyil? Biz bu tarixi həqiqətləri illərdir ki, dünyaya bəyan edirik. Deyirik ki, torpaqlarımız 30 ilə qədər düşmən işğalı altında qalıb. Müharibənin ilk günlərində əliyalın azərbaycanlı əhali təkcə əsir götürülməyib, təkcə onların əmlakları əlindən alınmayıb, evləri, kəndləri yandırılmayıb, onların özləri də soyqırıma, qətliama məruz qalıb".
"Hətta, Azərbaycanın öz tarixi torpaqları düşmən işğalından azad ediləndən sonra belə dəhşətli mənzərələr üzə çıxdı. Onsuz da bilirdik ki, mənfur düşmən, faşist təxəyyülü ermənilər təkcə dini abidələrimizi, tarixi abidələrimizi məhv etməyiblər. Onlar on minlərlə insanın da canına qıyıblar. Çünki onların düşüncəsində fikir bundan ibarət idi:
"Türkdüsə, müsəlmandırsa məhv edilməlidir, öldürülməlidir". Bu kütləvi məzarlıqların tapılması türk, müsəlman tarixində birinci deyil. Qubada da, Şərqi Anadoluda da qazıntılar zamanı belə məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlar aşkar ediləndən sonra biz dünyadan nə istədik? Ədalət, haqq! Ancaq dünyadan istədiyimiz ədaləti, haqqı ala bilmədik. Şükürlər olsun ki, bu gün güclü Azərbaycan və dövlətimizi güclü şəkildə idarə edən dövlət başçımız var. Bu gün 10 milyon xalq yumruq şəkildə birləşə bilib. Bu mənada işğaldan azad olunan torpaqlarda tapılan toplu məzarlıqlar onu göstərir ki, düşmənimiz amansızdır, qəddardır. Bundan sonra da düşmənin siyasətini dəyişməyəcək. Ona görə də, biz də düşmənin bu qəddar siyasətinə qarşı həmişə möhkəm durmalıyıq. Çünki dünya bu gün də bizə qarşı ikili standartlıdır./Demokrat
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO