"Məqsədimiz budur" - Avtobus zolaqları ilə bağlı Vaqif Əsədovdan AÇIQLAMA
İnsanlar çox vaxt avtobusların gec gəlməsindən şikayətlənirlər. Dəfələrlə narazılıq edən sərnişinlər nəqliyyat vasitələrinin yetərincə olmadığını hesab edirlər. Problem mütəmadi olaraq işıqlandırılsa da, hələ də həllini tapmayıb. Xatırladaq ki, mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, avtobusların gecikməsinin səbəbi say yox, xüsusi zolaqların olmaması ilə bağlıdır.
Sonxeber.az problemin həlli ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlayıb.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə Bakı şəhərinin inzibati ərazisində bir neçə yerdə avtobus zolağları artıq çəkilib:
"Məsələn, Bayıl qəsəbəsi, Bayraq Meydanının yanından Azneft dairəsinə kimi və ya Neftçilər prospekti kəsişməsindən Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsinə qədər, eləcə də Babək prospekti boyunca, "10-cu zavod" dairəsindən Əhmədli istiqamətində, Füzuli küçəsində, Atatürk prospektində və digər yerlərdə avtobus zolaqları çəkilib. Bu gün çəkilmiş həmin zolaqlarının hesabına avtobuslar normal hərəkət edir.
Sözsüz ki, zolaqların sayının artırılması ilə bağlı təkliflər edilməlidir və bununla əlaqəli yollarda kifayət qədər məsafə olmalıdır. Əgər məsafə varsa, bu zolaqların çəkilməsi mümkündür. Yox, bu zolaqlar çəkildikdə digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olacaqsa, təbii ki, yolverilməzdir.
Əgər küçə və yollarımızın eni yol zolaqları üzrə say çoxalması nəticəsində avtobusların hərəkəti üçün şərait yaratmağa imkan verirsə, niyə də olmasın?
Sərnişindaşımada təhlükəsizliyi təmin etmək vacib şərtlərdən biridir. Biz də tərəfdarıyıq ki, ictimai nəqliyyat vasitələri vaxtında lazımi ünvana yetişsin ki, sərnişinlər dərahat və ləngimədən iş başına, evə çata bilsinlər. Məqsədimiz budur".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər