Hindistan Azərbaycana buğda idxalında Rusiya və Ukraynanı əvəz etmək istəyir

Hindistan Azərbaycana buğda idxalında Rusiya və Ukraynanı əvəz etmək istəyirHindistan Ticarət Nazirliyi buğda ixracı ilə bağlı Azərbaycanda daxil olmaqla 30 ölkəyə müraciət etmək üçün qərar qəbul edib.

"Report" bu barədə Hindistan mətbuata istinadən xəbər verir.

Yüksək səviyyəli bir hökumət rəsmisi bildirib ki, Hindistan dünyanın 30-a yaxın buğda idxal edən ölkəsində Rusiya və Ukraynanı əvəz etmək niyyətindədir.

Bu 30 ölkədən 10-15-i Rusiya və Ukrayna buğdası ilə yanaşı Hindistan buğdasının artıq mövcud müştəriləridir. Bununla belə, Hindistanın payı Rusiya və ya Ukrayna ilə müqayisədə idxalın ümumi həcmində daha azdır. Bundan başqa, onilliklər ərzində Rusiya və Ukrayna buğdasının eksklüziv alıcısı olan daha 10-15 ölkə var. Hindistan hökumət sövdələşmələri və ya özəl kanallar vasitəsilə ixracı artırmaq üçün onları da diqqətlə izləyir. Bu siyahıya Azərbaycan, Misir, Suriya, Mərakeş, Türkiyə, Sudan, İtaliya, Yəmən, Yunanıstan və Hindistan buğdasını nadir hallarda alan Şimal-Şərqi Afrika ölkələri daxildir.

"Məqsədimiz yalnız cari böhran dövründə qısamüddətli razılaşmalar əldə etmək deyil, Rusiya və Ukrayna buğdasının üstünlük təşkil etdiyi bazarlarda keyfiyyətli buğdanın etibarlı uzunmüddətli tədarükçüsü olmaqdır. Biz qısamüddətli qazanclara baxmırıq, əksinə, bu fürsətdən əsas buğda idxal edən ölkələrlə uzunmüddətli əlaqələr qurmaq üçün istifadə edəcəyik", - Kənd Təsərrüfatı və Emal olunmuş Qida Məhsullarının İxracının İnkişafı İdarəsinin (APEDA) sədri Madhayyan Anqamutu bildirib.

Ən çox buğda idxal edən ölkələr Misir, İndoneziya, Türkiyə, Çin, Nigeriya, İtaliya, Əlcəzair, Filippin, Yaponiya, Mərakeş, Braziliya, Banqladeş, Cənubi Koreya, Hollandiya və İspaniyadır. Hindistan bunlardan yalnız 5 ölkədə - Banqladeş, İndoneziya, Filippin, Nigeriya və Yaponiya bazarında mövcudddur.

Rusiya və Ukrayna müharibəsi səbəbi ilə, bu iki ölkənin tədarüklərində bir neçə ay ərzində məhdudiyyətlərin gözlənildiyi üçün Hindistanın əsas buğda idxal edən ölkələr arasında bazasını genişləndirmək üçün əhəmiyyətli imkanları var.

Rusiya böhranından bir neçə gün sonra dünya bazarlarında Hindistan buğdasının qiyməti ton başına 360 ABŞ dollara qədər qalxmışdı. Bununla belə, son bir neçə gündə, qiymətlər bir qədər sabitləşərək ton başına 330-340 ABŞ dollarınadək (FOB) düşüb. Hindistan buğdasının hazırkı qiyməti hələ də qlobal rəqiblər arasında ən ucuzdur (burada qiymətlər bəzi növlər üzrə ton üçün hətta 400 ABŞ dollara çatıb).

Növbəti bir neçə ay ərzində Ukrayna və Rusiyanın dünya bazarlarında olmaması hindli treyderlərə rekord miqdarda mal göndərmək üçün qızıl şans verəcək.

Hindistanın 2022-2023-cü illərdə (2022-ci ilin aprelindən -2023-cü ilin martınadək) rekord həddə - 111 milyon ton buğda istehsal edəcəyi gözlənilir ki, bu da, bu illə müqayisədə təxminən 2 milyon ton çoxdur.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan yalnız Rusiya və Qazaxıstandan ərzaqlıq buğda alıb. Buğda idxalının ümumi həcmi 93 min 704,52 ton, dəyəri isə 32,475 milyon ABŞ dolları təşkil edib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2006   Tarix: 26 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Azərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfat

27 oktyabr
.

DVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək

Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin

6 noyabr
.

Azərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi"

28 oktyabr
.

Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQ

Azərbaycanda dolların alqı-satqısı üzrə bankların müəyyən etdiyi məzənnələr və alış-satış qiymətləri arasındakı fərq vətəndaşların valyuta seçimlərinə birbaşa təsir edən amillərdəndir. Məzənnə fərqinin formalaşmasında bankların valyuta siyasəti, bazardakı tələb və təklif, eləcə də əməliyyat xərclər

29 oktyabr
.

Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c

4 noyabr
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31 oktyabr
.

DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"

Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasınd

6 noyabr
.

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur. Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyar

3 noyabr
.

Qızıl bazarında son vəziyyət

Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə

23 oktyabr