Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQ
Azərbaycanda dolların alqı-satqısı üzrə bankların müəyyən etdiyi məzənnələr və alış-satış qiymətləri arasındakı fərq vətəndaşların valyuta seçimlərinə birbaşa təsir edən amillərdəndir. Məzənnə fərqinin formalaşmasında bankların valyuta siyasəti, bazardakı tələb və təklif, eləcə də əməliyyat xərcləri rol oynaya bilər. Eyni zamanda, yığımlarını qorumaq istəyən vətəndaşlar manat və dollar arasında seçim edərkən inflyasiyanı, gəlirliliyi və valyuta risklərini nəzərə almalıdırlar.
Bəs, Azərbaycanda bankların dolların alış və satış məzənnələri arasında fərq nədən yaranır və bu, vətəndaşların dollar alışına necə təsir göstərir? İnsanlar yığımlarını manatla, yoxsa dollarla saxlamağa qərar verərkən hansı iqtisadi göstəriciləri və riskləri nəzərə almalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, vətəndaşlar depozit yerləşdirərkən ilk növbədə seçdikləri bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olub-olmadığını öyrənməlidirlər.
"Daha sonra yerləşdirdikləri əmanətin fondun sığorta təminatı şərtlərinə uyğun olub-olmadığına diqqət yetirməlidirlər. Manat və xarici valyutada olan əmanətlər üzrə qorunan faiz dərəcələri fərqlənir. Buna görə də vətəndaşlar depozit yerləşdirərkən müvafiq faiz hədlərini nəzərə almalıdırlar. Bəzi hallarda cəlbedici reklamların təsiri ilə daha yüksək faiz təklif edən depozitlərə üstünlük verilir. Lakin həmin faiz dərəcəsi fondun müəyyən etdiyi şərtlərdən kənardadırsa, əmanət sığorta təminatına düşməyə bilər. Bank bağlandıqda və ya lisenziyası ləğv edildikdə, belə vəsaitin geri qaytarılmaması və itirilməsi riski yaranır. Son illərdə manatla yerləşdirilən depozitlərə marağın daha çox olduğu müşahidə edilir. Bununla belə, dəqiq statistik rəqəmlər olmadan konkret göstərici söyləmək mümkün deyil".
Ekspert bildirib ki, dolların məzənnəsi uzun müddətdir sabit qaldığından, bazarda tələb və təklif arasında da sabitlik formalaşıb:
"Əvvəlki illərdə dollar alışına daha kəskin tələbat olduğu halda, hazırda vəziyyət nisbətən stabilləşib və əhali manatla əməliyyatlara daha çox üstünlük verir. Bununla belə, sahibkarlıq, xarici ticarət və digər biznes sahələrində xarici valyutaya ehtiyac qalmaqdadır. Əhalinin dollar alışına əvvəlki dövrlərlə müqayisədə marağının azalması da bazarda tələb və təklifin daha sabit vəziyyətə gəlməsinə təsir göstərir. Ümumilikdə, depozit yerləşdirərkən iki əsas məqama diqqət yetirmək lazımdır: bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olması və əmanət üzrə faiz dərəcəsinin fondun sığorta şərtlərinə uyğunluğu".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Professor Adilə Abbasova vəfat etdi
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar