"BU HALDA RUSİYA İMPERİYASI MƏHV OLACAQ..."– "Müharibə 5 ssenari üzrə bitə bilər"

"BU HALDA RUSİYA İMPERİYASI MƏHV OLACAQ..."– "Müharibə 5 ssenari üzrə bitə bilər"Rusiya ilə Ukrayna arasında başlayan qanlı müharibənin bir ayı tamam oldu. Bir ay ərzində minlərlə canlı qüvvə və hərbi texnika itirən Rusiya Ukraynada ciddi bir irəliləyişə nail ola bilmədi. Ancaq bütün bu hərbi uğursuzluqlara və Qərbin sanksiyalarına rəğmən, Kreml rəhbərliyi hələ də öz məkrli planlarından əl çəkmək niyyətində deyil. Ukrayna ordusunun uğurlu hərbi əməliyyatları qarşısında heç nə edə bilməyən ruslar son günlər daha da azğınlaşaraq mülki əhalini və günahsız insanları hədəf almağa başlayıblar.

Müharibənin davam etdiyi bir vaxtda isə bəzi sualların cavabı hələ də qeyri-müəyyən olaraq qalır: "Müharibə nə zaman bitəcək? Kim qalib gələcək? Putinin və Rusiyanın taleyi necə olacaq?".

Sonxeber.az "AzPolitika.info"ya istinadən xəbər verir ki, Almaniyanın məşhur "Bild" nəşri "Putinin Ukraynadakı qanlı müharibəsi belə bitə bilər" başlıqlı məqalədə 5 ssenarinin mümkün olduğunu qeyd edib. Həmin materialın maraqlı hissəsini oxuculara təqdim edirik:

Ssenari 1: "Putin qazansa nə olacaq?"

"Bild" nəşri yazır ki, bu ssenari Kreml liderinin arzularının gerçəkləşməsi deməkdir: "Belə olan halda Kiyev meydanında rus bayrağı dalğalanacaq, Ukraynanın prezident sarayı zəbt olunacaq və parlamentə rusyönlü yeni deputatlar gətiriləcək. Putin yüksək rütbəli ukraynalı hərbçiləri, siyasətçiləri və ona müqavimət göstərməyə çalışan hərkəsi həbs etdirəcək. Ukraynada zülmkar bir rejim yaranacaq. Belə olan halda Baltikyanı ölkələr və Polşanın təhlükəsizliyi də sual altına düşəcək".

Bununla belə, qəzet Rusiya ordusunun müharibə başlayandan bəri Ukraynanın böyük şəhərlərini ələ keçirə bilmədiyini qeyd edərək, "Xoşbəxtlikdən bu variant mümkün deyil"- deyə, şərh edib.

Ssenari 2: "Putin məğlub olsa nə olacaq?"

"Bild" nəşri hazırda bu ssenarinin də gerçəkləşməsinin mümkün olmadığını qeyd edir. Bunun baş verməsinin müharibənin davam etmə müddətindən asılı olduğunu bildirir: "Əgər ruslar Ukraynada məğlub olsalar Rusiya iqtisadiyyatı çökəcək, daxildə etiraz aksiyaları başlayacaq və Putin bu məğlubiyyətdən sonra hakimiyyətdən getməli olacaq. Hazırda Qərb ölkələrinin tətbiq etdiyi iqtisadi sanksiyalar yavaş-yavaş Rusiyada hiss olunmağa başladığından, müharibə əleyhdarlarının sayı hər ötən gün artır".

Ssenari 3: "Rusiya geri addım atsa nə baş verəcək?"

Qəzet yazır ki, Putin heç vaxt məğlubiyyəti etiraf etməsə də, Rusiya prezidentinin öz imicini qorumaq üçün Donbas bölgəsindəki bəzi torpaqları ələ keçirərək müharibəni dayandırması da mümkün ssenarilərdən biridir: "Bu baxımdan Mariupol şəhəri hər iki tərəf üçün kritik əhəmiyyət kəsb edir. Əgər Putin Mariupolu alsa, müharibəni dayandıra və əsgərlərinə "qələbə" ilə evə qayıtmaq şansı yarada bilər. Ancaq hazırda bu ssenarinin də reallaşması mümkün deyil".

Ssenari 4: "Danışıqlar nəticə versə, nə olacaq?"

"Bild" nəşri bildirir ki, Ukrayna müqavimət göstərməkdə davam edərsə, Putin müharibədə qalib gələ bilməyəcəyini anlayaraq danışıqlar masasına otura bilər:"Rusiya bu danışıqlarda Ukraynanın NATO və Aİ ilə yaxınlaşmasının qarşısını ala bilər. Bu ssenari mümkün görünür. Ancaq hər şey müharibənin gedişindən asılı olacaq".

Ssenari 5: "Müharibə uzansa nə olacaq?"

"Bild" nəşri müharibənin bitmə ehtimalının az olduğuna diqqət çəkib: "Putin bütün xəbərdarlıq və çağırışlara baxmayaraq müharibəni davam etdirsə, Rusiya Ukraynada ikinci Əfqanıstan məğlubiyyəti ilə qarşılaşa bilər. Sovet İttifaqı Əfqanıstanda 10 il döyüşdü və ciddi itkilər verdi. Bu məğlubiyyətin adınca SSRİ-nin parçalanması sürətləndi. Əgər eyni ssenari Ukraynada təkrarlansa, bu dəfə də Rusiya imperiyası adlanan bir ölkə mövcud olmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1288   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi

Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb

18 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021