"Şərurlu İsfəndiyar" əmək qanunvericiliyini pozdu, cərimələndi
Tanınmış iş adamı, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, protokolda qeyd edilib ki, o, əmək qanunvericiliyini pozub.
Belə ki, "Şərurlu İsfəndiyar"ın barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Abbas Rzayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər.
Xatırladaq ki, son illər İsfəndiyar Axundovun başı məhkəmə qalmaqallarına qarışıb. Belə ki, o, ləğv prosesində olan "Zaminbank" ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun cinayət işində zərərçəkmiş qismində tanınır. "Şərurlu İsfəndiyar" Nadir İsmayılovdan beş milyon manat tələb edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. İsfəndiyar Axundovun isə zərəri ödənilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1081 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrLənkəranda döyülən 16 yaşlı oğlan öldü
Lənkəran rayonunda gənclər arasında dava zamanı xəsarət alan gənc xəstəxanada ölüb. -ın məlumatına görə, hadisə hadisə Kərgəlan kəndində baş verib. Kənd sakini - 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb. O, kəllədaxili travma diaqnozu ilə koma vəziyyətində Lənkəran Rayo
21 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabr