Polkovnik oğlu, nazir qaynı, siyahıda 2-ci - UNUDULAN MƏMURLAR
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərovdan bəhs edəcəyik.
Elşad Hüseyn oğlu İskəndərov 21 may 1972-ci ildə Bakıda anadan olub. O, orta təhsilini də Bakıda 8 saylı məktəbdə alıb. Elşad İskəndərov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Daha sonra isə Kolumbiya universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb.
O, "Tarix" qəzetinin redaktoru, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi, İslam Konfransı İstanbulda yerləşən baş ofisində baş katib vəzifələrində çalışıb. 1999-cu ildən isə Xarici İşlər Nazirliyində çalışmağa başlayıb.
Sabiq sədr 2012-ci ilin 31 mayından 2014-cü ilin 2 maya qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.
Elşad İskəndərov 2004-cü ildə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi seçilib. Sonra isə İslam Konfransı Təşkilatı Dialoq və Əməkdaşlıq uğrunda gənclər forumunun İstanbulda yerləşən baş ofisində baş katib vəzifəsində çalışıb. Ona Azərbaycanın Fövqaladə və Səlahiyyətli Səfir rütbəsi verilib.
İskəndərov 2014-cü ildən başlayaraq 4 il Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri vəzifəsində də çalışıb.
Mətbuatda yazılanlara görə, Elşad İskəndərovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunmasına səbəb adının "Nurçu"larla hallanması olub.
Hətta o zaman Elşad İskəndərovun Türkiyəyə girişinə qadağa qoyulması haqqında da xəbərlər yayılmışdı. Sabiq sədr isə həmin xəbərləri yalan adlandırmışdı.
Həmçinin onu da qeyd edək ki, Elşad İskəndərov hazırda xarici işlər naziri olan Ceyhun Bayramovun qaynıdır.
2020-ci ildə onun Ceyhun Bayramovun kollektivə təqdim edildiyi görüşə maska taxmadan gəlməsi ciddi tənqid olunmuş və bu barədə görüntüləri sosial şəbəkələrdə paylaşılmışdı. Onun atası polkovnik Hüseyn İskəndərov isə mərhum prezident Ayaz Mütəllibovun dövründə Dövlət Təhlükəsizlik Komitəsinin təsərrüfat idarəsinin rəisi vəzifəsində işləyib.
Elşad İskəndərov Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindəndir.
Ailəlidir, 2 oğlu, 1 qızı var. O, hazırda Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiridir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"