Vətəndaşlarımız bu tarixdən öz ata-baba yurdlarına qayıdır - AÇIQLAMA-ÖZƏL

Vətəndaşlarımız bu tarixdən öz ata-baba yurdlarına qayıdır - AÇIQLAMA-ÖZƏLİstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazandı və Ermənistanın 30 illik işğalına son qoydu. Əlbəttə ki, işğaldan azad olunduqdan sonra bu ərazilərə baxış keçirildikdə dəhşətli bir mənzərə ortaya çıxdı: daş daş üstündə qalmamışdı. Erməni vandalları buraları tamamilə darmadağın edib, bütün infrastukturu, sosial obyektləri, evləri, mənzilləri, dini, tarixi, mədəni obyektləri, ekologiyamızı tamamilə məhv və darmadağın etmişlər".

Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov deyib.

O bildirib ki, bu, erməni vəhşiliyinin növbəti bariz nümunəsi idi:

"Onlar 30 il müddətində yalnız vandallıq göstərib, sanki bir vəhşi qəbilə kimi buraları tamamilə yerlə yeksan etmişdilər:

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olmuş ərazilərimizdə, vətən müharibəsi bitdikdən dərhal sonra böyük yenidənqurma və bərpa işlərinə start verildi.

Ermənilərin Azərbaycana qarşı növbəti terroru bir milyondan çox minaların bastırılmasıdır. Bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində çox mühüm addımlar atılır.

Vətəndaşlarımız bu tarixdən öz ata-baba yurdlarına qayıdır - AÇIQLAMA-ÖZƏLAzərbaycan öz gücü ilə müharibə bitdikdən sonra dünya tarixində heç zaman görünməyən böyük işlərə start verdi.

Burada, xüsusilə 8 ay ərzində, Füzuli Beynəlxalq Hava Limanın və 100 kilometrlərlə yeni avtomobil nəqliyyat yollarının tikintisi, dəmiryol xətlərinin çəkilməsi, çox ağır relyefə baxmayaraq qısa müddət ərzində yüksək gərginlikli elektrik enerjisi təminatı, təbii qazın verilməsi, içməli suyun verilməsi istiqamətində atılan addımlar, tarixi, dini abidələrin bərpası, eyni zamanda bir sıra şəhərlərin baş planlarının artıq təsdiqlənməsi bunun əyani sübutudur. Ölkəmizin Birinci vitse-prezidenti, hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu işlərdə çox böyük əməyi olduğunu görürük.

Digər tərəfdən, artıq yaşayış evlərinin tikilməsi, o cümlədən Zəngilan rayonunda Ağalı 1, Ağalı 2 və Ağalı 3 kəndlərində Ağıllı kəndlərin pilot layihələrinin salınmasının şahidi oluruq.

Cənab Prezidentimizin də qeyd etdiyi kimi, 2022-ci ilin yaz-yay aylarında ilk növbədə 30 il öncə bu ərazilərdə yaşayan insanların Qarabağa köçürülməsi prosesi başlayacaq.

Əlbəttə ki, bu, Böyük Qayıdışın artıq startıdır və Ermənistanın işğalı nəticəsində Azərbaycanın tarixi və əzəli torpaqlarını tərk edən, 30 il müddətində məhz qaçqın və məcburi köçkün kimi yaşayan soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar.

Sözsüz ki, qısa müddət ərzində bu qədər nəhəng işlərin görülməsi və soydaşlarımızın Qarabağa qaytarılması istiqamətində atılan mühüm addımlar bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin gücünün və qüdrətinin göstəricisidir. Bu hadisələr tarixi hadisələrdir və azad olunan ərazilərimiz bundan sonra da Azərbaycanın olacaq".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

Vətəndaşlarımız bu tarixdən öz ata-baba yurdlarına qayıdır - AÇIQLAMA-ÖZƏLZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5744   Tarix: 06 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021