Aydan Salahova xərçəng olduğunu etiraf etdi - VİDEO
Mərhum Xalq rəssamı Tahir Salahovun qızı, rəssam və heykəltaraş Aydan Salahova onkoloji xəstəlikdən əziyyət çəkir.
Axşam.az xəbər verir ki, o, bu haqda "Dojd" telekanalının təsisçisi və baş direktoru Natalya Sindeyevanın yutub layihəsində qonaq olarkən etiraf edib. Salahova bildirib ki, xəstəliyini gizli saxlayıb:
"Çünki atam sağ idi. Bu haqda danışmaq istəmirdim. Onun narahat olmasını istəmirdim. Bunu 2017-ci ildə öyrəndim. İnanırdım ki, bütün müalicəni keçəcəm və hər şey yaxşı olacaq. Xərçəngdən qorxmurdum. Amma bilmirdim ki, şüa terapiyasından sonra belə əks-təsirləri olacaq, buna hazır deyildim".
Rəssam qeyd edib ki, terapiyadan sonra 3 ay İtaliyada qalıb:
"Qorxdum, bunu beynimdə hesablamamışdım. Moskvada aldığım şüa terapiyasından sonra üç ay İtaliyada qaldım. Ola bilsin, İtaliyaya səfər etməyim səhv addım idi, mən çalışmalı idim.
Şüa terapiyası alarkən iki əsər fikirləşmişdim: "Gizli axşam" və "Pyeta". Getdim və gündə bir-iki saat işləməyə başladım, bu, çox ağrılı idi. Sonra Münhendə məni əks-təsirlərdən xilas edirdilər. Məni bitirməbitirməli olduğum işim ayaqda saxladı.
Psixoloqumun mənə ilk sualı bu oldu: Siz bu xəstəlikdən nə qazandınız? Cavab verdim ki, mən "yox" deməyi bacarmırdım. Bu xəstəlik mənə "yox" deməyi öyrətdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1865 Tarix: 06 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı
Fövqəladə Hallar Nazirliyində (FHN) Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri polkovnik-leytenant Anar Pirməmmədov vəzifəsinə qaytarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, model və bloger Çelsi Baxşıyevanın yaydığı videolarla gündəmə gələn Anar Pirməmmədovun sözügedən hadisəyə görə fövqəlad
8 aprelBirinci sinfə qeydiyyat prosesinə hazırlıq: Valideynlərin diqqətinə
Paytaxt məktəblərində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması aprelin 15-dək uzadılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Qeyd edilib ki
7 aprelKüləyə görə bu yolda sürət həddi endirildi
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bununla bağlı Mərkəzi
8 aprelXalq artistindən iddia: "Səfər zamanı qonorarlarımızı vermədilər"
Xəbər verdiyimiz kimi, Xalq artisti Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı iddialar irəli sürüb. Axşam.az-ın məlumatına görə, opera ifaçısı teatr kollektivinin Omana səfəri zamanı yaşananlarla bağlı qalmaqallı paylaşım edib. O bildirib ki, səfər zamanı aktyorlara qonora
7 aprelNaxçıvanda Ombudsman haqqında qanun ləğv oluna bilər
Naxçıvanda "Ombudsman haqqında" Qanun ləğv oluna bilər. xəbər verir ki, sözügedən məsələ Naxçıvan MR Ali Məclisinin aprelin 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. İclasda "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan Muxta
8 aprelAğdaban faciəsindən 34 il ötür
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 34 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğal
8 aprelVətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi - Foto
Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib. Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub. Qeyd edək ki
8 aprelKafe və parklardakı pulsuz Wi-Fi-lərə qoşulanlara XƏBƏRDARLIQ
İctimai məkanlarda pulsuz Wi-Fi şəbəkələrindən istifadə rahat görünsə də, bu cür bağlantılar ciddi təhlükələr yarada bilər. Xüsusilə kafe, park və ticarət mərkəzlərində istifadə olunan şifrəsiz və ya zəif qorunan şəbəkələr şəxsi məlumatların oğurlanması riskini artırır. xəbər verir ki, Kibertəhlükəsizli
7 aprel