Azərbaycanda bu şəxslərin işdən çıxarılması QADAĞANDIR - RƏSMİ
Azərbaycanda hamilə və ya 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsi qadağandır.
BAKU.WS xəbər verir ki, mövcud qadağa ölkə qanunvericiliyi ilə tənzimlənir.
Belə ki, hamilə və ya 3 yaşınadək uşağı olan analardan əlavə bu şəxslərin də Əmək müqaviləsinin ləğvi qadağan olunur:
Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;
Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən BAKU.WS-ə bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi (70-ci maddənin "a" bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddə ilə xitam verilən hallar istisna olunmaqa) qadağandır.
"Qanunverciliyə uyğun olmadan xitam verildiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürən inzibati məsuliyyətə cəlb olunur və qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq tədbir görülür, pozulmuş hüquqlarının bərpası təmin edilir", - deyə məlumatda qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4332 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021