Rəşid Mahmudov: "Gecə klubları pis qızların yeridir"
Bakıda gecə klubunda baş vermiş partlayışdan sonra hadisənin səbəbindən çox, gənc qızların oraya getmələri müzakirələrə səbəb oldu. Məlum olaydan bir neçə gün keçsə də, tənqidlərin ardı-arası kəsilmir.
Azərbaycanlı xanımların gecə saatlarında klublara getməsi, içki məclislərində iştirakı milli mentalitetimizə zidd hesab olunur. Lakin əksər gənclər bu fikirləri geridəqalmışlıq kimi qəbul edərək, tənqidlərin əsassız olduğunu düşünürlər.
Gənc xanımlarımızın gecə klublarına getməsinə ziyalı kəsimin münasibəti necədir?
Bu barədə Modern.az-a danışan Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbas ölkəmizdə gecə klublarının olmasını yaxşı hal hesab etmədiyini bildirib:
"Mənim gecə klublarından xoşum gəlmir, zəhləm gedir. Heç vaxt gecə klublarında olmamışam. O cür klubların fəaliyyətinə yaxşı baxmıram. Amma hər kəsin hüququ var, istəyən gedə bilər. Heç kimə qadağa qoya bilmərik ki, sən gecə klubuna getmə".
Tanınmış həkim Rəşid Mahmudovun fikrincə, Azərbaycan xanımlarının gecə saatlarında klublara getməsi ayıbdır və bunu qəbul etmək olmaz:
"O cür gecə klubları pis oğlanların, pis qızların yeridir. Bunu hamımız yaxşı bilirik. Həmin klubu açana da, oraya gedənə də ayıb olsun. Bizim millətə yaraşmır bu hərəkətlər. Azərbaycan xanımına gecə saat 3-də klubda olmaq yaraşmır, ayıbdır. Hadisə baş verən klubdakıların siyahısını açıqlamışdılar, cəmi iki nəfər xarici vətəndaş var idi. Çox təəssüf ki, 35 Azərbaycan vətəndaşının adı həmin siyahıdadır".
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının mərkəzində fəaliyyət göstərən gecə klublarından birində partlayış olub. Hadisə nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib, 37 nəfər yaralanıb. Ötən gün xəsarət alanlardan biri xəstəxanada vəfat edib, iki nəfərin vəziyyəti kritik qiymətləndirilir. Digərlərinin müalicəsi davam etdirilir.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, üç nəfər həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1910 Tarix: 07 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021