Brüssel görüşündə hansı irəliləyişlər əldə olundu? - AÇIQLAMA

Brüssel görüşündə hansı irəliləyişlər əldə olundu? - AÇIQLAMA"Aprel ayının 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bu görüşün 4 saatdan çox davam etdiyi qeyd olunur. Zaman özü də onu göstərir ki, hərtərəfli və çox ciddi müzakirələr aparılıb. Nəzərə alaq ki, bu, Avropa İttifaqı Şurası prezidentinin təşəbbüsü ilə keçirilən ikinci görüşdür".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov görüşün nəticələri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Şarl Mişel jurnalistlərin sualını cavablandıran zaman irəliyə doğru böyük bir addım atıldığını qeyd edib:

"Bu irəliləyiş nədən ibarətdir və hansı məsələlərdə edilib? Mənə elə gəlir ki, bu sual daha böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, istənilən görüşə nəticələr baxımından qiymət vermək düzgün olar.

Brüssel görüşündə hansı irəliləyişlər əldə olundu? - AÇIQLAMAGörüş zamanı tərəflər razılığa gəliblər ki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalansın və bu 5 baza prinsipi içərisində birinci yerdə duran Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Yəni Ermənistan artıq Azərbaycan ərazi bütövlüyünü tanımağa razılıq verir. Bu isə Qarabağın Azərbaycanın tərkib hissəsi olmağı anlamındadır.

Bu, çox vacib məsələdir. Nəhayət razılaşma əldə olunub və ilk dəfə XİN-ə təlimat verilib ki, sülh sazişi üzrə danışıqlara başlamağa hazırlaşsınlar.

Bundan başqa, əldə edilmiş mühüm razılaşmalardan biri, iki ölkənin sərhədlərinin əvvəlcə delimitasiyası ilə bağlıdır. Birgə sərhəd komissiyasının yaradılması aprel ayının sonuna qədər baş verməlidir. Nəticədə həm avtomobil, həm də dəmir yolu xətlərinin bərpası və qurulması ilə bağlı işlərə start veriləcək. Qeyd etmək istəyirəm ki, bu da çox önəmli bir razılaşmadır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də jurnalistlərə müsahibəsində vurğuladı ki, əldə edilmiş razılaşmaya görə, Avropa İttifaqı həm minalardan təmizlənmə, itkin düşmüş soydaşlarımızın və onların kütləvi məzarının tapılması məsələlərində, həm də işğaldan azad edilmiş ərazilərin bərpası, quruculuğu ilə bağlı işlərdə öz dəstəyini göstərəcək.

Hesab edirəm ki, bu görüşdə ən çox diqqəti cəlb edən məsələlərdən biri də odur ki, heç bir halda "Dağlıq Qarabağ" ifadəsi işlədilmir, Dağlıq Qarabağ inzibati ərazi vahidinə istinad edilmir və eyni zamanda ATƏT-in Minsk qrupunun iştirakı ilə bağlı bir kəlmə də yoxdur. Burada artıq faktiki olaraq Avropa İttifaqının rəhbərliyi səviyyəsində yeni format, yəni Azərbaycan və Ermənistan siyasi liderlərinin danışıqları çərçivəsində problemlərin həlli məsələsi gündəmə gəlir.

Artıq vasitəçi olmadan bütün bunların edilməsi haqqında razılaşma var. Bir sözlə, Brüsseldə Şarl Mişel və Azərbaycanın Prezidenti cənab İlham Əliyevin görüşü zamanı "Sülh gündəliyi"nin həyata keçirilməsi istiqamətində əldə olunan razılaşmalar çox əhəmiyyətlidir. Çünki indiyə qədər keçirilən görüşlərdə haqqında bəhs edilən məsələlərə toxunulurdu, lakin heç bir konkretlik əldə edilmirdi. İndi isə artıq konkretlikdən söhbət gedir və bu da irəliyə doğru atılmış addım kimi qiymətləndirilə bilər".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2083   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi

7 noyabr
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

7 noyabr
.

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığ

7 noyabr
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

5 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi

"44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin altıncı ildönümündə bir daha aydın görünür ki, Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində sadəcə təqvim sırasına daxil olan bir bayram deyil, milli şüurun, geostrateji reallığın və hüquqi suverenliyin tam təmin olunmasının rəmz

7 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası

"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan

6 noyabr
.

Zəfərin təməlində dayanan milli birlik və xalq həmrəyliyi

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas dayaqlarından biri xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. "Dəmir yumruq" ifadəsi yalnız hərbi gücün deyil, dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. Azərbayca

6 noyabr