İftardan sonra ard-arda çəkilən siqaret insanı iflic edir
Ramazan ayında oruc tutan və siqaret asılılığından əziyyət çəkənlərin infarkt keçirmək riski böyükdür. Bunun səbəbi orqanizmin uzun fasilədən sonra siqaret dumanına məruz qalmasıdır.
Mütəxəssislər iftardan sonra çoxlu siqaret çəkməyin iflic, beyində qansızma, ritm pozuntusu kimi bir çox ciddi xəstəliklərə səbəb olduğunu bildirirlər.
BAKU.WS xəbər verir ki, həkim-kardioloq Günay Məmmədova deyib: "Oruc tutarkən insan 15-16 saat ərzində siqaretdən imtina etməli olur.
Həmin vaxt orqanizmdə oksigenin səviyyəsi artır və insan özünü daha gümrah hiss edir. İftardan sonra ard-arda çəkilən siqaret orqanizmdə oksigen səviyyəsinin kəskin şəkildə düşməsinə səbəb olur və böhran təsiri yaradır.
Bir siqaretin tərkibində təxminən 0,5 milliqram nikotin var və nikotinin beyinə çatması üçün 15 saniyə vaxt lazımdır. Siqaret spazm, nikotin zəhərlənməsi kimi fəsadlara səbəb olur".
Başgicəllənmə, halsızlıq, ürəkbulanma, bağırsaq hərəkətlərində artım, qusma və ishal kimi vəziyyətlər nikotin zəhərlənməsinin əlamətləridir.
"Siqaret tüstüsünün tərkibində karbon monooksid qazı var. Bu isə kəskin damar spazmasına və bunun nəticəsində miokard infarktına aparıb çıxara bilər.
Uzun illər siqaret asılılığı olanların onu birdən-birə tərgitməyi mümkün deyil, yəni bir müddət sonra onlara mütəxəssis köməyinə ehtiyacı yaranır",- deyə həkim-kardioloq bildirib.
Ramazan ayı pis vərdişlərdən əl çəkmək üçün çox gözəl fürsətdir.
Bu fürsətdən istifadə edib sağlamlığın qeydinə qalmaq barədə düşünmək lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1738 Tarix: 08 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021