"Moskva buna soyuqqanlı yanaşır" - Zərdüşt Əlizadə Brüssel görüşünə MÜNASİBƏT bildirdi
Rusiya Xarici İşlər naziri Serqey Lavrov ATƏT-in Minsk Qrupunun fəaliyyətinin artıq rəsmən sıradan çıxdığı ilə bağlı bəyanat verib.
İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupunun fəaliyyəti faktiki olaraq dayanıb. Həmsədrlər bu günə qədər bəyanat verməkdən başqa heç bir yeni təklif irəli sürməyib. Minsk qrupunun yaxın zamanda fəaliyyətinə xitam verilməsi nə dərəcədə etimal oluna bilər?
Məsələ ilə bağlı açıqlama verən politoloq Zərdüşt Əlizadə ATƏT-nin Minsk qrupunun fəaliyyətinin yalnız qurumun yekun qərarı ilə xitam verilməsinin mümkün olduğunu qeyd edib.
"Minsk qrupunun missiyasının dayandırılması və ya fəaliyyət istiqamətlərində dəyişikliklərin edilməsi, eləcədə həmsədr ölkələrin başqa ölkə ilə əvəz edilməsi barədə vacib qərarı yalnız ATƏT tərəfindən verilə bilər. Əlbəttə, 44 günlük müharibədən sonra Minsk qrupunun fəaliyyəti de-fakto dayanıb. Bu qurum Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına doğru heç cüzi addım da atmayıb. Yaxın zamanda ATƏT - in Minsk qrupunun müqəddaratı ilə bağlı mühüm tədbir keçirməsi mümkün hesab edirəm".
Post-münaqişə dövründə Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi iki qonşu dövlət arasında bütün problemlərin həll edilməsinə vasitəçilik üçün tez-tez Minsk qrupunun adını hallandırırdı. Lakin Lavrovun rəsmi bəyanatından sonra, İrəvan kimdən imdad diləyəcək, yoxsa yenəmi Minsk qrupundan yapışacaq?
Zərdüşt Əlizadənin fikirlərinə görə, Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında təşkil olunan görüşdə sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan uğurlu razılaşmalar rəsmi İrəvanı Minsk Qrupunu unutmağa vadar edəcək.
Siyasi şərhçi Qarabağın Ukrayna müharibəsindən sonra Rusiya və Qərb arasında növbəti qarşıdurma məkanı olacağı ehtimalı barədə də söz açıb.
"Ukraynada Rusiya və Qərb arasında kəskin qarşıdurma hökm sürür. Bu qarşıdurma necə özünü təzahür etdirir? Birincisi, Rusiya qoşunları Ukraynanın ərazi bütövlüyünə müdaxilə edib. Qərb Ukrayna ordusunu rus ordusunun hücumunu dəf etmək üçün silahlarla təmin edir. İkincisi, ABŞ və Avropa ölkələri Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq edib. Amma Qarabağda heç bir qarşıdurma təzahürü görünmür".
Zərdüşt Əlizadə, həmçinin Rusiyanın Qarabağda yeganə geosiyasi qüvvə olduğunu vurğulayıb.
"Rusiya Ermənistan və Azərbaycan üzərində təzyiq və nəzarət mexanizmlərini hələ də əlində saxlayır. Kreml çox yaxşı əmindir ki, nə Azərbaycan, nə də Ermənistan ondan üz döndərməyəcəklər. O ki, qaldı Avropa İttifaqının vasitəçiliyi ilə bu yaxında təşkil olunan Brüssel görüşünə, Moskva buna soyuqqanlı yanaşır".
Sonda Rusiyanın Ermənistan cəmiyyətində siyasi nüfuzunun zəiflədiyini bildirib.
"Əgər Ermənistan və Azərbaycan rəhbərləri heç bir dövlətin vasitəçiliyi olmadan danışıqlarda problemləri həll etməyi və ümumi razılığa gəlməyi bacarsalar, onda heç bir xarici faktor regionda təhlükə yarada bilməyəcək. Belə şəraitin yaranacağı təqdirdə Rusiyanın Azərbaycana və Ermənistana təzyiq etmək imkanları olmayacaq. Düzdür, Rusiyanın Ermənistanda hərbi bazası var, şirkətləri fəaliyyət göstərir və bu ölkədə ona bağlı olan siyasi qüvvələr mövcuddur. Lakin bu qüvvələrin erməni cəmiyyətində siyasi çəkisi azdır. Ermənistanda rus şirkətləri yalnız Avropa şirkətlərinin investisiyaları və iqtisadi layihələri ilə sıradan çıxa bilər. Gümrüdə yerləşən rus hərbi bazası isə öz əhəmiyyətini itirmək üzrədir"./Ednews
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"