Millimizin sabiq üzvü: "Rusiyalı hərbçilər dedilər ki, avtomobili kənara çəkməsək, hamımızı güllələyəcəklər"

Millimizin sabiq üzvü: "Rusiyalı hərbçilər dedilər ki, avtomobili kənara çəkməsək, hamımızı güllələyəcəklər"Qadın güləşi üzrə millimizin sabiq üzvü İrina Netreba da hazırda müharibənin getdiyi Ukraynadadır. Dünya və Avropa çempionatının mükafatçısı olmuş 30 yaşlı idmançı Oxu.Az-a müsahibəsində həm Ukraynadakı durum, həm də güləş karyerası ilə bağlı danışıb.

– Lvovda doğulduğunuzu bilirik. Hazırda nisbətən təhlükəsiz olduğu üçün Lvov şəhərində olarsınız...

– Bəli, indi Lvovdayıq. Ancaq müharibədən öncə Mariupolda idik. Mənim kimi güləşçi olan həyat yoldaşımla Kiyev vilayətindəki Buça şəhərinə köçdük. Biz orada olanda heç təsəvvürümüzə gəlmirdi ki, belə hadisələr olacaq. Elə bilirdik ki, səkkiz il əvvəl olanlar təkrarlanacaq. Kiyevdə müharibə olacağı ağlımıza da gəlmirdi. Müharibə Mariupolda başladı. Ərim anasını fevralın 24-də yanımıza gətirdi. Martın 13-dək Kiyev vilayətində qaldıq. Bütün əlaqələrimiz – internet, işıq kəsildi, heç nə yox idi. Dayanmadan atəş açırdılar, şəhərdə qırıcılar, helikopterlər uçurdu, küçələr tanklarla doluydu. Necə danışacağımı da bilmirəm. Yaşadıqlarım yadıma düşəndə... Dəhşətli idi...

– Əzizləriniz salamatdırlar?

– Bizimlə olanlar salamatdırlar, həyat yoldaşım, onun anası ilə qardaşı oğlu.

– Lvova necə gəldiniz?
– Bizə dedilər ki, "yaşıl dəhliz"lər olacaq. Buradakılar da soruşurdular ki, niyə çoxdan Buçadan çıxmırdıq. Biz sadəcə çıxa bilmirdik, çünki həmin o "yaşıl dəhliz"ləri atəşə tuturdular. Birtəhər öz avtomobilimizlə, Allaha şükür ki, çıxa bildik! Avtobusa minmək də real deyildi. Biz çıxan vaxtda da döyüşlər gedirdi. Rusiya döyüşləri dayandırmamışdı. Xeyli blok-post keçməli olduq. Sonra qarşımızı rus tankları ilə ZTR-lər kəsdilər. Dedilər ki, avtomobili yoldan kənara çəkməsək, hamımızı güllələyəcəklər. Birtəhər əsas yoldan çıxıb başqa yola keçdik və Lvova gəlib çatdıq. Dəhşətli idi...

– Hazırda Lvovda bomba sığınacağında gizlənmək lazım gəlir?

– Günün əksər vaxtı evdə oluruq. Ancaq gün ərzində üç-dörd dəfə hava hücumundan xəbərdar edən sirenalar səslənir, həmin vaxt mütləq zirzəmiyə düşmək lazımdır. Burada yaxınlıqda tank zavodu var və ona görə də atəş altına düşməyimiz realdır. Pisi də odur ki, Mariupolla əlaqə yarada bilmirik. Şəhər, demək olar ki, yoxdur, onun 95 faizini məhv ediblər. Qaynımgil oradadırlar, uşaq isə bizimlədir. Ərimin Mariupoldakı bacısından da xəbər yoxdur. Biz həmin şəhərə yoldaşımın işinə görə getmişdik. Oradakı evlərimizi yerlə yeksan ediblər.

– Bu halda, yəqin ki, məşq etmək imkanınız da yoxdur.
– Mən çox istəyirdim. Güləşin fanatıyam. Ancaq düzünü deyim ki, məşqçilərlə çəki kateqoriyalarında "razılığa" gələ bilmədik. Mən 63 kq-dan yuxarı çəki dərəcəsindəyəm. Məni fərqli kateqoriyalara salırdılar, bəzilərində nəticə verə bilirdim. Amma məsələn, 68 kq çəki dərəcəsində mənə çox çətin idi, çəkim çatmırdı deyə ağır olurdu. Beləcə, üst-üstə yığıldı. Əlbəttə, güləşə davam etməyi çox istəyərdim.

– Sonuncu dəfə Azərbaycan Güləş Federasiyası ilə bu yöndə söhbətiniz nə vaxt olmuşdu?

– Belə söhbətimiz olmadı. Mən kimə nə deyə bilərdim ki? Bizim millidəki masajçımız İrina Vladimirovna mənimlə maraqlanıb, bizə görə həyəcan keçirirdi.

– Siz sonuncu dəfə düz bir il əvvəl Varşavada keçirilən Avropa çempionatında çıxış etmisiniz. Onda çıxış etdiyiniz 65 kq çəki dərəcəsində bürünc medalın astanasından qayıtmışdınız. Ondan sonra bizim milli komandaya nə zaman dəvət ediblər?

– Təxminən üç-dörd ay əvvəl soruşmuşdular. Demişdim ki, qayıda bilərəm. Ancaq maaş məsələsi vardı. Baş məşqçi əvəzi Rövşən Umudov dedi ki, nəticə olacaqsa, maaş da olacaq, olmasa, əməkhaqqı da olmayacaq. Mən də dedim ki, 17 yaşım yoxdur, elə-belə, pulsuz məşq edə bilmərəm ki...

– Mariya Stadniklə eyni şəhərdən – Lvovdansınız. Onunla necəsə görüşmək imkanınız var hazırda? Yəni Macarıstandakı son Avropa çempionatında biz onu da Azərbaycan millisinin tərkibində görmədik.

– Açığı, yox. Heç hansı şəhərdə olduğunu da bilmirəm. Bəlkə, uşaqlarını harasa aparıb?..
– İndi milli komandadan heç bir idmançı ilə əlaqəniz yoxdur?

– Əvvəl ünsiyyətimiz vardı. Alyona Kolesnik, deyəsən, Bakıdadır. Tatyana Omelçenko ilə bu yaxınlaradək yazışırdıq. O, deyəsən, Xarkovda idi. London Olimpiadasının mükafatçısı Yuliya Ratkeviçlə daha çox ünsiyyətimiz vardı. Müharibə yeni başlayanda o mənə zəng vurmuşdu. Ratkeviç hazırda İsveçin qadınlar millisinin baş məşqçisidir (Dünya və Avropa çempionu olan Belarus əsilli Ratkeviç ötən ilin dekabrından Sofia Matsonla birgə İsveç millisinin baş məşqçisidir – S.M.). Mənə İsveçə köçüb məşqçi işləməyi təklif etmişdi. Dedi ki, federasiya sənin üçün hər şeyi edəcək, mən də kömək edəcəyəm, gəl. Rio Olimpiadasının mükafatçısı və Avropa çempionu Natalya Sinişin də zəng etmişdi, onun əri gürcüdür və Gürcüstanda yaşayırlar. Mənə yazır, oraya dəvət edir.

– Bəs İsveç variantına niyə razı olmadınız?

– Düzü, həyat yoldaşım olmadan getmək istəmirəm. Özü də hələ güləşmək istəyirəm. Yəqin ki, məşqçi olmaq üçün özümü hazır hiss etmirəm.

– Bu ay 31 yaşınız tamam olacaq. Adətən, 30 yaşına qədəm qoyanda qadın güləşçilərin əksəriyyəti idmandan gedir. Bunu özlərini ailələrinə, uşaqlarına həsr etmək istəklərilə izah edirlər...

– Əlbəttə, məşqçi işləmək olar. Özümün məşq etdiyim yerdə niyə də olmasın? Məsələn, Ukraynada məşqçi işləyə bilərdim. Niyə İsveçdə işləyim ki?! Özümə qarşı bir az daha yaxşı münasibət, dəyər görmək istəyirəm. Heç vaxt heç kimdən heç nə istəməmişəm, həmişə daha yaxşı olmaq üçün səy göstərmişəm. Ola bilər ki, Azərbaycanda özümü istədiyim kimi göstərə bilməmişəm. İl ərzində tez-tez müxtəlif çəki kateqoriyalarında yarışmalı olmuşam, gah 58, gah 62, gah 65, gah da 68 kq-da. Belarus millisinin məşqçiləri də bir dəfə zarafatla dedilər ki, universalam. Demək olar ki, bütün çəki kateqoriyalarında nəticə göstərmişəm. Yəni özümü ancaq bir çəki kateqoriyasında göstərmək imkanı verilməyib. Ancaq buna rəğmən, onlara hər şeyə görə minnətdaram. Azərbaycanda yaxşı adamlar çoxdur.

– 2012-ci ildən Azərbaycan millisinin tərkibində çıxış etmisiniz. Biz sizi yenidən Ukrayna millisinin tərkibində görə bilərik?

– Yox, əvvəl Ukrayna milli komandasında çıxış etdiyim üçün yenidən oraya qayıtmaq mümkün olmayacaq. Amma Azərbaycan Güləş Federasiyasından mənə yenidən dəvət gəlsə, çox məmnun olardım.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1346   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

David Qordo: "Futbolçular Bakıda qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar"

İspaniya millisinin futbolçuları Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında qazandıqları çempionluğu ömürləri boyu xatırlayacaqlar. "Report"un məlumatına görə, bunu FIFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın baş məşqçisi David Qordo deyib. İspaniyalı mütəxəssis turniri

31 oktyabr
.

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo

31 oktyabr
.

4 güləşçimiz DÇ-də mübarizəyə başlayır

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz

31 oktyabr
.

Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək

Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ

1 noyabr
.

"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur

"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"

2 noyabr
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

7 noyabr
.

"Sabah" Zinəddinlə yollarını ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi

6 noyabr
.

"Turan" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq

Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək. "Report"un məlumatına görə, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv Xorvatiya təmsilçisi "Mladost"un qonağı olacaq. Qarşılaşma Zaqreb şəhərində

29 oktyabr
.

"Qarabağ" klubu 4500 manat cərimələnib

"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik

3 noyabr