Marşrut avtobus sahibkarları ilə sığorta şirkətlərinin yeni davası... 720 manat sığorta olar?

Marşrut avtobus sahibkarları ilə sığorta şirkətlərinin yeni davası... 720 manat sığorta olar?İlkin İbrahimov: "Əvvəlki illərdə bu sistemdən yayınmaq olurdu, amma indi heç cür yayınmaq olmur"
Məlum olduğu kimi, Bakıda şəhərdaxili sərnişin daşımaları ilə məşğul olan bir qrup şirkət bu sahədə yaranmış vəziyyət və qiymətlərlə bağlı hökumətə müraciət edib. Gediş haqqının 30 qəpikdən 50 qəpiyə qaldırılması ilə bağlı Tarif Şurasına müraciət edən şirkətlər iddia edirlər ki, bu gün sığorta ilə bağlı çox ciddi problemləri var.

Şirkət rəhbərləri gediş haqqının azlığı ilə yanaşı, nəqliyyatın sığortalanmasındakı problemləri qeyd ediblər :"Bu gün sığorta ilə bağlı çox ciddi problemlərimiz var. Gündə 17-18 saat xətdə olan avtobusda hadisənin olmaması mümkünsüzdür. Hadisəyə görə də cərimə (malus balları) yığılır. Ümumiyyətlə sığorta şirkətlərinin 90%-i maşını sığortalamır, sığortalayanda da 1 maşının sığortası təqribən 720 manata başa gəlir. Bu isə çox yüksək məbləğdir".

İctimai nəqliyyat şirkətləri iddia edirlər ki, sığorta şirkətləri onlar üçün ciddi problemlər yaradır. Bu səbəbdən də sığorta qurumları ilə avtobus şirkətləri arasında qalmaqal yaranıb. Onlar iddia edirlər ki, 720 manat sığorta haqqı çoxdur. Ümumiyyətlə, bu məbləğdə sığorta haqqı çoxdurmu? Avtobuslar niyə baha sığortalanır?

Sığorta üzrə ekspert İlkin İbrahimov baki-xeber.com-a şərhində bildirdi ki, doğrudur, avtobusların fəaliyyəti ilə bağlı malus sistemi tətbiq olunur: "Ümumiyyətlə, təkcə avtobusların fəaliyyəti ilə deyil, bütövlükdə sığorta sistemində bonus və malus sistemi tətbiq olunur. Yəni il ərzində hadisə baş vermirsə, onda bonus olaraq bir illik 5 faiz endirim tətbiq edilir. Yox, əgər sizin sığorta hadisəniz baş verirsə onda o zaman malus sistemi tətbiq olunur və onun üzərinə sığorta haqqından əlavə 5 faiz pul gəlir. Sığorta haqqından əlavə gələn həmin 5 faiz pul cərimə kimi müəyyən olunur. Bunu motivasiya kimi də deyə bilərik. Yəni sabah sığorta hadisəsi etməsin. Əvvəlki illərdə bu sistemdən yayınmaq olurdu, amma indi heç cür yayınmaq olmur. Sığorta başqa adamın adına edilirdi və o zaman da bu kimi məsələlər ikinci plana keçirdi. Artıq ikinci ildir ki, malus sistemi daha çox tətbiq edilməyə başlayıb. Burada avtobus və taksilərə xüsusi fikir verilir. Yəni heç bir formada sığortalanmamaq məsələsi yoxdur, heç bir avtobus, heç bir avtomobil sığortalanmaya bilməz. Bununla bağlı qanunvericilikdə inzibati tənbeh tədbirləri var. Ona görə də, bəzən sığorta agentlərinə o sığortalanmada mükafat verilmədiyindən onda onlar gedib avtomobillərini birbaşa sığorta qurumlarının özlərində sığortalayırlar. Avtobus şirkətləri sürücülərə daha ciddi fikir versələr, daha uyğun sürücülər seçsələr əlbəttə, sığorta məsələsi daha ucuz başa gələcək. Şirkətlər seçimlərə xüsusi fikir versələr sığorta ilə bağlı heç bir problem yaşamayacaqlar".

İ.İbrahimovun sözlərinə görə, şirkətlər sığorta ilə bağlı problem yaşamamaq üçün birbaşa sığorta agentlərinə yox, sığorta şirkətlərinə müraciət etməlidirlər. "Sığorta şirkətindən onlar heç bir halda "yox" cavabı ala bilməyəcəklər, sadəcə malus sistemini əlavə olaraq üstünə gələcəklər. Hesab edirəm ki, sığorta şirkətlərinin qərarı ədalətli qərardır" - deyə İ.İbrahimov qeyd etdi./bakixeber


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1684   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr