Hacı Əliyev: "Bu, Prezidentlə yeddinci görüşüm idi"
"Düşünürdüm ki, ölkə başçısı bizi qəbul edəcək. Çünki qazandığımız nailiyyət böyük uğurdur. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millimiz Avropa çempionu oldu. Ona görə də inanırdım ki, cənab Prezident bizi də diqqətdən kənarda qoymayacaq. Həm də bilirdim ki, ölkə başçısının ən çox dəyər verdiyi, ən çox sevdiyi idman növlərindən biri güləşdir. Gözlədiyim kimi oldu, bu görüş çox maraqlı keçdi".
Bu barədə sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib.
Ölkə başçısı İlham Əliyev dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş güləş üzrə Avropa çempionatında qitənin ən güclüsü olmuş Azərbaycan güləş millilərini qəbul edib. Ölkə başçısı bununla növbəti dəfə idmana diqqət və qayğı göstərdiyini nümayiş etdirib.
Bu, Hacının onunla artıq yeddinci görüşü olub. 30 yaşlı idmançı bu haqda danışıb:
"2013-cü ildə Kazanda keçirilmiş Yay Universiadasında bürünc medal qazananda ilk dəfə ölkə Prezidenti ilə görüşümüz olub. Bir il sonra möhtərəm Prezident mənə ev verib. 2015-ci ildə BP-nin tədbirində görüşümüz baş tutub. 2016-cı ildə Olimpiadada, 2017-ci ildə İslam Həmrəylik Oyunlarında qazandığım medallara görə də Prezidentin qəbulunda olmuşam. Həmçinin, 2017-ci ildə Abşeron Olimpiya İdman Kompleksinin açılış mərasimində görüşümüz olub. Bu, Prezidentlə yeddinci görüşümüz idi".
Hacı Əliyev onu da bildirib ki, ölkə başçısı ilə maraqlı dialoq ilk dəfə gerçəkləşmir. İdmançının özünü dinləyək:
"Prezidentlə dialoqumuz ikinci dəfə baş tutur. İlk dəfə Abşeron Olimpiya İdman Kompleksinin açılışı zamanı aramızda söhbət olmuşdu. Həmin vaxt mən cənab Prezidentin qarşısında çıxış etmişdim. Parisdə üçüncü dəfə dünya çempionu olduğum üçün mənə fərdi təqaüd ayrılmışdı. Prezident onda da demişdi ki, üçüncü dəfə dünya çempionu olmaq olimpiya qızıl medalını qazanmağa bərabərdir və ona görə bu təqaüd mənə verilir. Həmin görüşdən sonra mənə Prezidentin həm fərdi, həm də olimpiya təqaüdü verilməyə başlandı.
Budəfəki görüşdə isə mənə səni olimpiya çempionu kimi görürəm demədi, dedi ki, mənim üçün olimpiya çempionusan. Doğrudan da çox sevinirəm ki, cənab Prezident tərəfindən belə sevilirəm, mənimlə maraqlanır, haqqımda məlumatlıdır. Ona çox təşəkkür edirəm ki, mənə, idmana belə gözəl diqqət və qayğı göstərir. İnşallah, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qızıl medal qazanmaqla Prezidentin dediyi olimpiya çempionluğunu həqiqətdə əks etdirərəm".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1435 Tarix: 09 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo
31 oktyabr4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31 oktyabrAzərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
1 noyabr"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur
"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"
2 noyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabr"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabr"Turan" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək. "Report"un məlumatına görə, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv Xorvatiya təmsilçisi "Mladost"un qonağı olacaq. Qarşılaşma Zaqreb şəhərində
29 oktyabr"Qarabağ" klubu 4500 manat cərimələnib
"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik
3 noyabr