"MTN işi"ndən YENİ XƏBƏR: "Generalın müavini də məsuliyyətə cəlb oluna bilər"

"MTN işi"ndən YENİ XƏBƏR: "Generalın müavini də məsuliyyətə cəlb oluna bilər"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin müavini olmuş Təhsin Ağayev də məsuliyyətə cəlb oluna bilər. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsində onun və digərlərinin barəsində başlanmış cinayət işinin istintaqı davam edir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

"Sorğunuza cavab olaraq bildiririk ki, Təhsin Ağayev və digərləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ayrılmış cinayət işi üzrə hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir", - deyə Günay Səlimzadə qeyd edib.

Təhsin Ağayev uzun illər MTN-in Baş İstintaq İdarəsində işləyib. Bir müddət idarənin Metodiki yardım və kriminalistika şöbəsinin rəisi vəzifəsində çalışıb. 2010-cu ildən Milli Təhlükəsizlik Nazirliyi ləğv olunanadək Baş İstintaq İdarəsinin rəis müavini, İbtidai İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.

2015-ci ilin oktyabrında MTN-də qəfil yoxlama zamanı həbsə alınacaq vəzifəli şəxslər sırasında adı olduğunu bildiyindən intihara cəhd edib. Sanitar qovşağa qaçan keçmiş rəis müavini özünü asmaq istəyib. Lakin əməliyyat qrupunun üzvləri onu xilas edərək MTN-in binasından qovublar.

İstintaq müddətində Təhsin Ağayevin səhhətində ciddi problemlərin olduğu barədə məlumatlar yayılıb. Güman edilir ki, keçmiş rəis müavini bununla məsuliyyətdən yayınmağa çalışıb. Amma deyəsən, bu mümkün olmayacaq. Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işinin istintaqı davam etdirilirsə, deməli, Təhsin Ağayev hər an məsuliyyətə cəlb oluna bilər.

Təhsin Ağayevin adı MTN-in İkinci şöbəsinin rəisi Vüsal Ələkbərovla birlikdə bir neçə zərərçəkmişə hədə-qorxu gələrək onlardan külli miqdarda pul almaqda çəkilib.

"Texnikabank" ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovdan üç milyon manat tələb edib, lakin sonradan ondan 600 min manat alınmasında Təhsin Ağayev birbaşa iştirak edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1952   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr