Rusiya-Ukrayna müharibəsi Azərbaycanda daşınmaz əmlakı bahalaşdırıb
Rusiya-Ukrayna müharibəsi Azərbaycanda da bir çox sahələrə öz təsirini göstərib. Məsələn, tikinti materialları bazarında adı çəkilən iki ölkədən gətirilən materilların qiymətində 2 dəfəyə qədər bahalaşma müşahidə edilir.
İqtisadçı Abbas Məmmədov açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycanın tikinti materialları bazarında bir çox məhsulun qiymətində artım müşahidə edilir. Bunun bir neçə səbəbi var. Belə ki, dünyada və bölgəmizdə baş verən sosial-iqtisadi və geosiyasi proseslər daşınmaz əmlak və təmir-tikinti bazarlarına təsirsiz ötüşmür. Yəni bu bazarlar qlobal miqyasda baş verən proseslərə adətən adekvat və çevik cavab verir:
"Bildiyimiz kimi, Azərbaycanın tikinti materiallarını idxal etdiyi ölkələr arasında Türkiyə və Rusiya əsas yer tutur. Rusiya Ukrayna münaqişəsi nəticəsində ona tətbiq edilən beynəlxalq sanksiyalar və bu ölkənin ixraca qoyduğu müəyyən məhdudiyyətlər idxalatçı ölkələrdə tikinti materiallarının qiymətlərində artıma gətirib çıxarıb. Mövcud vəziyyəti təhlil etdikdə görürük ki, son aylarda hər iki ölkədən idxal edilən məhsulların qiymətlərində təxminən 10-25% arası bahalaşma müşahidə edilir. Mövcud siyasi vəziyyət və Rusiya-Ukrayna münaqişəsi ilə yanaşı, Rusiyada ixrac məhsullarına tətbiq edilən rüsumların artırılması, habelə meydana çıxan logistik problemlər qiymət artımında müəyyənedici rol oynayır".
İqtisadçının sözlərinə görə, ümumilikdə tikinti materialları bazarında bahalaşma artıq bir neçə ildir, xüsusilə də 2021-ci ilin son rübündən, inflasiyaya müvafiq olaraq artan templə davam edir. Qiymət artımı 2022-ci ilin ilk üç ayında Azərbaycanın daşınmaz əmlak bazarına da birbaşa təsir göstərib. Belə ki, həm çoxmərtəbəli binalardakı mənzillərdə, həm də fərdi yaşayış evlərində qiymət artımları müşahidə edilir. Belə ki, binaların və fərdi yaşayış evlərinin tikintisində və interyer təmirində istifadə edilən materiallardakı qiymət artımı daşınmaz əmlakların bahalaşmasına birbaşa təsir edən amillər sırasındadır.
"Bəhs edilən amillərə görə, ilkin əmlak bazarındakı qiymət artımları öz növbəsində təkrar əmlak bazarına da öz təsirini göstərir. Çünki mənzillərini satmağa çalışan əmlak sahiblərinin böyük əksəriyyəti satışdan sonra potensial alıcıya çevrilir və yeni mənzil almaq istədiklərinə görə evlərini ucuz qiymətə satmaq onlara sərfəli gəlmir. Nəticədə təkrar mənzil bazarında da qiymətlər "şişir" və yüksəlir",- deyə iqtisadçı bildirib./ Bizimyol
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda çips vergiyə cəlb olunacaq
Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi
5 noyabrAzərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi"
28 oktyabrQızıl bazarında son vəziyyət
5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını
5 noyabrQızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas
29 oktyabrQızıl almaq istəyənlərin nəzərinə
Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar
29 oktyabrNaxçıvana dotasiya 6 %-dən çox azaldılır
2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdi
23 oktyabrQızıl və gümüş ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub
27 oktyabrTürk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabr