Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTO

Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib.

Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir.

Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış oldu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətimizin başçısına məlumat verərək bildirdi ki, İnstitutda İlahiyyat fakültəsi, Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları fəaliyyət göstərir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır. İnstitutda bakalavriat səviyyəsi üzrə "Dinşünaslıq" və "İslamşünaslıq" ixtisasları, magistratura səviyyəsi üzrə (dinşünaslıq ixtisası üzrə) "Dinin sosiologiyası", "Dinin psixologiyası", "Dinlərin tarixi" və "İslamşünaslıq" ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə isə (fəlsəfə doktoru üzrə) "Dinşünaslıq", "Dinin tarixi və fəlsəfəsi" ixtisasları tədris olunur.

Hər üç səviyyədə təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur.

Qeyd edək ki, Bakının Yasamal rayonunda inşa olunan beşmərtəbəli binada inzibati və sinif otaqları, kitabxana, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəə otaqları yaradılıb.

Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.

10:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTOPrezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1123   Tarix: 11 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

7 noyabr
.

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı

Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

5 noyabr
.

İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Yeni qanunla Beynəlxalq Telekommunikasiya İttifaqının 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində baş tutmuş Ümumdünya Radiorabit

5 noyabr
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

6 noyabr
.

8 Noyabr - Şuşa Şəhəri Günüdür

"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətini

5 noyabr
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

4 noyabr
.

Prezident Ağdamda zeytun ağacı əkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, "Aqroinkişaf 2017" MMC-nin direktoru Ruslan Sadıxov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirildi ki, şirkət tərəfində

7 noyabr
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

8 Noyabr - Şuşanın azad edildiyi gündür

8 noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı strateji əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad edib. Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyində həlledici rol oynayıb və Azərbaycanın tarixi Zəfərin

6 noyabr