8 Noyabr - Şuşa Şəhəri Günüdür

8 Noyabr - Şuşa Şəhəri Günüdür"Altı il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyası üzvü Ağarəhim Baxışov bildirib.

"Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İsgəndər" ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Müzəffər Ali Baş Komandan Şuşada Cıdır düzündə çıxışında deyib ki, Azərbaycanı Şuşasız, Şuşanı isə Cıdır düzü olmadan təsəvvür etmək mümkün deyil. Bir vaxtlar bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunaraq "Yallı" gedən düşmənin indi burada izi-tozu da qalmayıb: "Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi". Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, Cıdır düzündə "Xarıbülbül" beynəlxalq musiqi festivalları keçirilir. Son beş ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir. Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir neçə qrupu qayıdıb və bu proses davam edir. Şuşa həm də 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" adına yiyələnib. "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib: "Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi".

Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 166   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir

Təcavüzkar Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər

2 noyabr
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və dövlət suverenliyinin təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşın, dövlətçilik düşüncəsinin və gələcək nəsillərin dünyagörüşünün formalaşmasında mühüm mərhələ kimi yaşayır. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa şəhəri günü Azərbaycan tarixinin məhz bel

2 noyabr
.

ZƏFƏR GÜNÜ VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ, MİLLİ İRADƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

8 Noyabr Azərbaycan xalqının müasir tarixində yalnız hərbi qələbənin deyil, milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu tarix xalqımızın yaddaşında 44 günlük Vətən müharibəsində qazanılmış böyük Zəfərin zirvəsi kimi yaşayır. Eyni zamanda, 8 Noyabrın Şuşa Şəhəri Gün

2 noyabr
.

Azad Şuşanın Şəhər Günü

Şuşa şəhərinin işğaldan azad edilməsinin 6 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Ba

2 noyabr
.

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbə

3 noyabr
.

Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama

"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiy

2 noyabr
.

Belçikanın Baş naziri istefa verdi - Səbəb

Belçikanın Baş naziri Bart De Vever istefa ərizəsini ölkə kralına təqdim edib. xəbər verir ki, bu barədə VRT məlumat yayıb. Baş nazirin istefasına hökumət daxilində büdcə məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarının aradan qaldırılmaması səbəb olub. Məlumata görə, Belçikanın dövlət borcu ölkəni

2 noyabr
.

İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

"Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişaf

5 noyabr
.

ZƏFƏR VƏ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN SİYASİ, STRATEJİ VƏ MİLLİ-MƏNƏVİ ƏHƏMİYYƏTİ

Azərbaycanın müasir tarixində Zəfər Günü və Şuşanın azad edilməsi milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindəndir. Bu tarixi hadisələrin mahiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə olunan hərbi qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər davam edən işğala son qoymaq iradəsinin

2 noyabr