Yalçın Rzazadənin oğlu ƏSƏBİLƏŞDİ: "Qoymaram ki, dünənki cücə atamın mahnısının zibilini çıxarsın" - FOTO
"Qoymaram ki, dünən yumurtadan çıxan cücə atamın mahnılarının zibilini çıxarsın".
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə bildirib.
"Çox təəssüf ki, yeni müğənnilərin nə sənəti, nə də qanacağı var. İnsanın gərək birinci qanacağı, mədəniyyəti, sonra da sənəti olsun. Bunlarda heç biri yoxdur. Böyük sənətkarlarımız var ki, atamın mahnısını oxumaq istəyəndə zəng edib ailəsindən, bizdən icazə alırlar. Bu yekəbaşlar, bilmirəm, haradan çıxır, peyda olurlar?! Biri götürüb atamın "Dədə Qorqud" filmində oxuduğu mahnının musiqisini saxlayıb, sözlərini dəyişib, oxuyur. Bunlara bu ixtiyarı kim verib?"
O daha sonra bu günlərdə "AynaBand" qrupunun Yalçın Rzazadənin repertuarından oxuduğu "Yoxmuş etibarın" mahnısından da danışıb:
"Birincisi, o mahnının adı "Yoxmuş etibarın"dır, "O gözlər deyil". Mahnını zibil gününə qoymusunuz, heç adını da bilmirsiniz! Çünki bu mahnılar yazılanda Yalçın müəllim üçün yazılıb, başqa müğənni üçün yox! O vaxt bəstəkarlar hər müğənninin səsinə uyğun mahnılar yazırdılar. İndiki kimi deyildi ki, kim ağzına nə gəldi oxuyur! "Yoxmuş etibarın" mahnısını götürüb roka çeviriblər. Bizim o boyda "Yuxu" rok-qrupumuz olub, götürün onun mahnılarını oxuyun da. "Yoxmuş etibarın" klassik-pop estrada mahnısıdır", - deyə sənətkarın oğlu bildirib.
Mətin Rzazadə bildirib ki, bundan sonra atasının mahnılarını icazəsiz oxuyanlarla məhkəmədə görüşəcək.
"Bir dəfə xəbərdarlıq etdim ki, kim atamın mahnılarını oxumaq istəyirsə, icazə alsın. Yalçın müəllimin ailəsi, davamçısı var. Davamçısından da əlavə, səkkiz il onun tələbəsi olmuşam. Atamın mahnılarını özüm oxuyacağam, çünki məndən yaxşı onun mahnılarını heç kim oxuya bilməz. Qoymaram ki, dünən yumurtadan çıxan cücə atamın mahnılarının zibilini çıxarsın. Stajından asılı olmayaraq, baxmayaraq ki, 100 il sənətdədir, yoxsa dünən sənətə gəlib! Yox, əgər oxumaq istəyirlərsə, hörmətlə zəng edib, icazə alsınlar! Yalçın müəllimin ailəsi var!
Böyük sənətkarlarımız icazə alandan sonra oxuyurlar, dünənin uşaqları nə istəyirlərsə, onu da edirlər. Mən bir də xəbərdarlıq etməyəcəm, kim icazəsiz oxusa, məhkəmədə onlarla görüşəcəyəm. Normal oxusalar, dərd yarıdır, mahnının zibilini çıxarırlar. Kimə əl atırsan, hamısı müğənnidir, istedadı olan da, olmayan da. Kimin sənəti yoxdursa, atamın mahnılarını oxumaqla bu sahəyə gəlir. Çünki Yalçın müəllim mahnıları çox sərbəst oxuyub. Onun səs diapazonu buna imkan verirdi", - deyə sənətkarın oğlu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"
"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini
3 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabrOğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabrMəşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27 sentyabr"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı
27 sentyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr