Taleh Kazımov mərhum polkovnikin oğlu imiş - FOTO

Taleh Kazımov mərhum polkovnikin oğlu imiş - FOTOBir neçə gündür ki, mediada və sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankında baş verən rəhbər dəyişikliyi müzakirə olunur. 38 yaşlı Taleh Kazımovun İdarə Heyətinə yeni üzv qəbul edilməsi daha çox müsbət qarşılanıb.

"Qafqazinfo"nun məlumatına görə, Taleh Kazımov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. O, tanınmış yazıçı və uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət etmiş Tahir Kazımovun oğludur.

Tahir Kazımov xidmətdə olduğu 1967-1997-ci illərdə bir sıra rayonların polis idarələrinin rəisi, eləcə də Bakı Metropolitenində Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb, polkovnik rütbəsinədək yüksəlib.

Yazıçı kimi də tanınan Tahir Kazımov 1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində direktor müavini, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib.

Birinci Qarabağ Müharibəsi veteran olan T. Kazımov bu ilin mart ayında 80 yaşında vəfat edib.

Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur. Həmçinin əmisi oğlu İsmayıl Kazımov da ölkəmizin dilçi alimlərindəndir.

Qeyd edək ki, Taleh Kazımov Elman Rüstəmovun yerinə Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib. Onun Mərkəzi Bankın rəhbəri təyin ediləcəyi bildirilir.
Taleh Kazımov mərhum polkovnikin oğlu imiş - FOTO


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2603   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c

4 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar

29 oktyabr
.

AZCON Holding yaradıldı, bəs dövlət şirkətlərinin özəlləşdirilməsi niyə ləngiyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bir neçə il əvvəl dövlət şirkətlərinin idarə edilməsinin təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması məqsədilə AZCON Holding yaradılıb. Lakin dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi hələ də diqqət mərkəzindədir. Bəs dövlət şirkətlərinin özəlləşdirilməsi niyə ləngiyir? Bu müəssisələri

27 oktyabr
.

Banklar əmanətə 9,95%, kreditə isə 17,36% faiz tətbiq edir - Fərqin səbəbi nədir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bankların kredit və əmanət faizləri arasındakı fərq genişlənib. Fiziki şəxslərin manatla müddətli əmanətlərinə orta hesabla 9,95 faiz gəlir təklif edildiyi halda, onlara verilən kreditlər üzrə orta faiz dərəcəsi 17,36 faiz təşkil edir. Beləliklə, iki göstərici arasındakı fərq 7,41 faiz bəndin

26 oktyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr
.

Brent bir barel üçün 114,61 dollara düşdü

Yaxın Şərqdəki gərginliyin azaldılması ümidləri fonunda neft qiymətləri çərşənbə axşamı səhəri düşməyə davam etdi. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,2 dollar (1,02%) ucuzlaşaraq bir barel üçün 114,61 dollara düşüb. Bazar ertəsi günü Brent markal

27 oktyabr
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31 oktyabr
.

Azərbaycan neftinin qiyməti 122 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,14 ABŞ dolları və ya 2,5 % azalaraq 122,28 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərini

30 oktyabr
.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr