Ermənilər Qarabağ xülyasından imtina edir - Araikdən sensasiyalı qərar

Ermənilər Qarabağ xülyasından imtina edir - Araikdən sensasiyalı qərarRusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında tör-töküntüsü hələ də qalmaqda davam edən "Artsax" adlandırılan rejimdə maraqlı proseslər yaşanır. Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağla bağlı sensasion açıqlamaları, bu torpaqların Azərbaycana məxsus olmasını təsdiqləməsi, status məsələsinin gündəmdən çıxmasını təsdiqləməsi bomba effekti doğurub. Artıq separatçılar həqiqəti anlamağa başlayıblar ki, onlar da Ermənistana gərək deyillər və başlarına bir çarə qılsalar yaxşıdır. Bu yol da şübhəsiz separaçılıqdan əl çəkib Azərbaycanın nəzarəti altında yaşayıb, onun vətəndaşı olmaqdan keçir. Və Qarabağda hər hansı bir qondarma qurum yaratmaq istəkləri baş tutacaq sevda deyil.

Sözsüz ki, Nikol Paşinyanın parlamentdəki son çıxışı Ermənistan ictimaiyyətinə, radikal müxalifətə və dünyadakı erməni lobbisinə mövcud reallıqları anlatmaq məqsədi daşıyırdı. Paşinyan açıq şəkildə bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistanı Qarabağın statusu məsələsində necə deyərlər, təzyiqi aşağı endirməyə çağırır. Paşinyan ermənilərə bu reallığı da anlatmağa çalışıb ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar.

Yeri gəlmişkən, "Artsax" adlandırdıqları qurumun rəhbəri Araiik Arutyunyanın qəbul etdiyi son qərar bu qənaəti daha da gücləndirib. Belə ki, rejim rəhbəri rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdə hərbi vəziyyətin hüquqi rejimi dövründə məlumatların dərci və ya yayılması qaydaları haqqında fərman imzalayıb. Fərmana əsasən, hərbi xarakterli məlumatların, habelə respublikanın dövlət təhlükəsizliyi ilə bağlı məlumatların, o cümlədən internet və sosial şəbəkələrdə yayılması qadağandır. Bundan sonra "Artsax"ın müdafiə qabiliyyətini və təhlükəsizliyini tənqid edən nəşrlər də qadağandır. Bu bəndlərin pozulması həm inzibati, həm də cinayət məsuliyyətini nəzərdə tutur. Fərmanın icrasına nəzarəti respublikanın polisi həyata keçirəcək. Bu da o anlama gəlir ki, artıq Qarabağda tör-töküntüsü qalan erməni hərbi qruplaşmalarının fəailyyətinə son qoyula bilər, yaxud əvvəlki kimi təxribatçı əməllərə son qoymalı olacaqlar./milli.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3928   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

6 noyabr
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

7 noyabr
.

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü

6 noyabr
.

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Braziliya ilə dostlu

5 noyabr
.

UluÖndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri

"Konstitusiya hər bir xalqın, dövlətin hüquqi qüvvəyə malik olan, ən ali sənədidir. 12 noyabr 1995-ci ildə referendum əsasında qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının müstəqillik illərindən sonra rəsmi olaraq qəbul etdiyi ilk konstitusiyadır. Dövlətimizin mövcud olduğu illər ərzind

6 noyabr
.

Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. "Azərsu

6 noyabr
.

"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu, yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbə deyil, onilliklər boyu davam edən torpaq həsrətinin sona çatması, milli ləyaqətimizin bərpas

7 noyabr
.

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı oldu - Foto

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

6 noyabr
.

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - Siyahı

Prezident İlham Əliyev Media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"

5 noyabr