Ukraynada girov götürülən TƏLƏBƏ: "25 gün işgəncə gördüm"
Ukraynada təhsil alan və bir neçə gün öncə azad olunan azərbaycanlı tələbə Hüseyin Abdullayev müharibədə girov götürülən zaman başına gələnlərdən danışıb.
AzEdu.az tələbə ilə əlaqə saxlayaraq ümumi vəziyyəti barədə maraqlanıb.
Əslən Neftçalanın Tatarməhlə kəndindən olan Hüseyn, açıqlamasında onunla yanaşı əsir götürülənlər arasında tək azərbaycanlı olduğunu bildirib:
"Mariupol Dövlət Universitetində 3-cü kursda təhsil alırdım. Martın 17-si şəhərdən çıxan zaman çeçenlər tərəfindən girov götürüldüm. Məndən başqa girov götürülən azərbaycanlı yox idi, qalanları ukraynalılar idi. Amma Mariupolda qalan çox sayda azərbaycanlılar var, onlardan xəbər yoxdur. 25 gün müddətində müxtəlif işgəncələrə məruz qaldım, xüsusilə bir çeçen rəis mənə hər gün işgəncə verirdi. Çox qəddar və pis insan idi. Bir neçə gün öncə həmin rəis Ramazan ayına görə girovluqdan buraxıldığımı dedi. Amma bu səbəblə məni buraxdıqlarını düşünmürəm. Burada olan digər azərbaycanlılar onunla əlaqə yaradıb, azad olunmağım üçün danışıblar, bunun nəticəsi olaraq girovluqdan azad olunmağım mümkün oldu".
Ölkəyə nə zaman qayıdacağını maraqlandığımız zaman isə o, - "Təxminən 3-4 günə Azərbaycana qayıdacağam, ailəmlə danışmışam" - deyə bildirib.
Qeyd edək ki, Hüseyin hazırda xəstəxanadadır, vəziyyəti normaldır. Soydaşımızın əsirlikdən azad olunması üçün Ukraynada qalan sıravi azərbaycanlılar bütün bu müddətdə əllərindən gələni ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq