1-ci siniflərə qəbul 8 yaşda bitir – Təhsilə gecikmiş uşaqların aqibəti necə olacaq?

1-ci siniflərə qəbul 8 yaşda bitir – Təhsilə gecikmiş uşaqların aqibəti necə olacaq?"Kütləvi 1-ci sinfə qəbul 6-7, maksimum 8 yaşdır. Hətta 8 yaş 1 aylıq olanda belə uşaq fərdi sinfə qəbul ediləcək, bu zaman isə kütləvi sinifdəki təhsildən keyfiyyəti aşağı olacaq. Uşağı vaxtında təhsilə vermək onu daha çox dəstəkləyir. Uşağın 6 yaşı varsa, mütləq məktəbə yazdırmaq lazımdır".

Bunu Təhsil Nazirliyinin Məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib. Onun sözlərinə görə, uşaqların kütləvi siniflərə qəbulu 8 yaşda bitəcək.

Azərbaycan üçün bu yeni qərar beynəlxalq təcrübədə özünü necə göstərir? Xarici ölkələrdə uşaqlar neçə yaşında məktəbə başlaya bilər?

Hüquqşünas Əsabəli Mustafayevin açıqlamasında müxtəlif ölkələrdə bu sistem müxtəlif ola bilər, hətta bir ölkədə bu sistem çoxvariantlılıq sərgiləyə bildiyini göstərib.

"Amerika və Avropa ölkələrində dövlət məktəbləri ilə yanaşı, bələdiyyə məktəbləri və özəl məktəblər var. Orada da şərtlər fərqli olur. Ümumilikdə isə, ən geniş yayılmış məktəbəqəbul yaş həddi 6 yaşdır. Bəzi məktəblər 5 yaşdan da qəbul etdiyi halda, bəziləri üçün minimum yaş həddi 7 yaşdır. Belə ölkələrdə dövlət tərəfindən vahid yaş həddi qoyulmur və məktəblərə görə dəyişir".

Ekspert qeyd edir ki, beynəlxalq sistemdə məktəblər öz resurs və imkanlarına uyğun olaraq yaş həddi təyin edirlər.

"Buna uyğun olaraq da məktəblər müəyyən proqramlar qururlar. Məsələn, 6 yaş üçün 4-5 günlük qısadılmış dərs, dərs günləri arası fasilələr, gəzintilər, ekskursiyalar, nahar üçün fasilələr - bunların hamısı xüsusi proqram əsasında qurulur".

Hüquqşünas ən maraqlı praktikanın İngiltərədə olduğunu vurğulayıb.

"Uşaqlar orada bir qayda olaraq 4 yaşından oxumağa başlayırlar. Onlar körpələr üçün müəyyən edilmiş məktəblərdə oxuyurlar. Ümumiyyətlə, İngiltərədə təhsil sistemi çoxpilləlidir".

Əsabəli Mustafayev Azərbaycan təhsil sisteminin Rusiya ilə bənzərlik təşkil etdiyindən danışıb.

"Azərbaycanda məktəbəqəbul 6 yaşından başlayır. Rusiyada da belədir. İtaliyada isə məsələ tamam fərqlidir, valideyn istədiyi vaxt övladını məktəbə qoya bilər və məktəb məcburdur ki, uşağı qəbul etsin. Burada həm valideynə, həm də məktəbə seçim haqqı verilir".

Ekspert Türkiyədə olan məktəbəqəbul modelinə diqqət çəkib.

"Türkiyədə 3-4 yaşından başlayaraq uşaqlar üçün hazırlıq məktəbləri fəaliyyət göstərir. Düzdür, belə məktəblərin çoxu özəldir, ancaq bələdiyyələrin də belə məktəbləri var. Belə məktəblərdə ilk olaraq ana dili, ingilis dili, musiqi, hesab öyrədilir"./Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1330   Tarix: 16 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr